Vüqar Əhmədin yeni kitabı işıq üzü görüb
31.10.14
Vuqar Əhmədin "Cənubi Azərbaycan poeziyası"adlı kitabı çapdan çıxıb. Kitabın redaktoru akademik Teymur Kərimli, rəyçiləri filologiya üzrə elmlər doktorları Rəhim Əliyev, İslam Qəribli, fəlsəfə doktoru Esmira Fuaddır. Monoqrafiya "MBM"nəriyyatında kütləvi tirajla çap olunub. İlk dəfədir ki, Güney poeziyasının 60 illik dövrü fundamental şəkildə tədqiq olunur. "Ön söz"ün müəllifi yazıçı-publisist Oktay Hacımusalıdır.
Bu əsərin kökündə əslində 1950 – 1980, 1990 və 2000 – ci illər Cənubi Azərbaycan şeiri, poeziyası, ümumilikdə isə ədəbiyyatı incələnib.
Tədqiqat əsərində təkcə Cənubi Azərbaycan poeziyasının ən müxtəlif dövrlərinə işıq salınmır, həm də bir millətin gen yaddaşının səhifələri vərəqlənir, həmin şanlı səhifələrdə mövcud olan tarixi dəyərlər oxucuların nəzərinə, diqqətinə çatdırılır. Onu deyə bilərik ki, bu kitab Cənubi Azərbaycan poeziyası ilə bağlı məxəz rolunu oynamaqla yanaşı, eyni zamanda XX əsrdə bu ərazidə baş verən tarixi, siyasi – ictimai hadisələrə işıq tutmaq baxımından qiymətli bir mənbədir. Avanqard.net
|