Aydın Talıbzadə - Zevs və Axilles
30.10.14

Avanqard.net Aydın Talıbzadənin "Zevs və Axilles" məqaləsini təqdim edir.


KİTABI-DƏDƏ QORQUD” VƏ “NİBELUNQLAR NƏĞMƏSI”: “SU” ÜNSÜRÜNÜN DASTAN KREATİVLİYİ

3. Troya savaşi: Zevs və Axilles

 

İndi biraz daha konkretliyə keçim. Troya savaşı kimə görə başladı və onu kim başladı? Gözəlçə Yelenaya görəmi düşdü bu insan qırğını? Bəlkə əfəl Parisə görə Menelay gəmilərini çıxardı dənizə?

Yox və bir də yox... Yelena da, Paris də çox zəif fiqurdurlar ki, onlardan ötrü müharibə təbili çalınaydı. “Nifaq alması” da, tanrıçaların mübahisəsi də yalnız bəhanədir. Savaş konfliktini Zevs düzüb-qoşur hiyləgərcəsinə ki, heç kim onu günahkar bilməsin: əvvəlcə, Afrodita, Gera, Afinanı rəqabətə sürükləyir, sonra isə Parisi bir piyada kimi qurban verir, tanrıçaların gözəllik müsabiqəsinin aqibətini biçarə Parisə tapşırır: onun da seçimi bütün variantlarda şahzadənin özünün əleyhinə işləyir, taleyini alt-üst eləyir.

Heç sizin xəbəriniz də yoxdur ki, bu “nifaq alması” kimin toyuna vəlvələ salır, miqyaslı çaxnaşmalara təkan verir. Çoxları bilmir bunu, heç güman da eləmir. “Alma” məsələsi Peleylə Fetidanın toyunda ortaya atılır. Niyə məhz elə bu cütlüyün izdivacından böyük bir savaş tonqalını yandırmaq üçün məşəl kimi istifadə edilir? Burada hər hansı bir gizli niyyətlər varmı? Peleylə Fetidanın günahı nə?

Xatırladıram, Metida (və ya Metisa) Zevsin birinci arvadı idi, Okeanın qızı idi, ilahi qüvvənin, su enerjisinin daşıyıcısı idi, tilsimli idi: ona görə titanida, okeanida sayılırdı; adının mənası isə “fikir, müdriklik” kimi anlaşılırdı. Bir gün Zevs, müxtəlif mif versiyalarında müxtəlif informatorlardan – ya moyralardan, ya Prometeydən, ya da Metidanın özündən – öyrənir ki, onun Metidadan Axilles adında bir oğlu olacaq və bu oğlan Zevsi devirəcək, onun hakimiyyətini əlindən alacaq. Bunu eşidən Zevs tədbirlər görməyə başlayır: yatmış hamilə Metidanı tırtıla çevirib udur və elə bu səbəbdən də doqquz aydan sonra onun başından dəmirçi Hefestin köməyilə tanrıça Afina doğulur dünyaya.

Lakin günlərin bir günü Zevs dəniz ilahəsi, ayaqları balıq pulcuqları ilə örtülmüş Fetidaya (Fetisa) – Nereyin qızına – aşiq olur və hər yerdə onu qarabaqara izləyir. Metida və Fetida adlarının oxşarlığına diqqət edin!!! Mif sanki vəziyyətin əkizini yaradır!!! Fetidanın arxasıyca Qafqaza gələn Zevs Prometeylə rastlaşır və öncəgörən Prometey ona deyir ki, bu iddiadan vaz keçsin: çünki Metida ilə yaşanmayanlar Fetida ilə nigahda yaşanacaq. Zevs qorxur, geri çəkilir və Fetidanı çılğıncasına sevən Peleyə ilahəni necə ram etməyin yollarını başa salıb deyir ki, iki əliylə ilahənin belindən yapışsın, onu qorxunc bədheybətlərin cildindində görəndə hövllənməsin, barmaqlarının qıfılını açmasın: axırda Fetida öz həqiqi görkəminə qayıdacaq və Peleyə tabe olacaq.

Zevsin bu canfəşanlığının səbəbi odur ki, o da eynən tiran Edip kimi, taleyindən, aqibətindən qaçmaq istəyir və elə bu üzdən Peleylə Fetidanın evlənməsinə yardımçı olur. Amma yenə də ürəyi soyumur: şübhəli qalır; özünü Peley və Fetida izdivacından doğulacaq Axilles adlı qəhrəmandan qorumaq üçün Troya savaşını başlayır və şərt kəsir ki, Axilles müharibədə iştirak etməyincə spartalılar troyalılar üzərində qələbə çalmayacaq: Zevsin məqsədi bu savaşda Axillesi öldürtməkdir və sonucda o, buna nail olur...

Troya savaşının tanrıları, yarımtanrıları, qəhrəmanları ilə bağlı ilginc məqamlara qayıtmayacağam. Bu məsələni də ona görə belə müfəssəl aydınlatdım ki, diqqətinizi mühüm bir əlamətə yönəldim. Mif, mifik təfəkkür Zevsi hər dəfə su stixiyasını təmsil edən qadınlarla intim əlaqədən uzaqlaşdırır. Nədən ki, yasaq var: əgər bu əlaqə gerçəkləşərsə, Zevsin başına bəla gələcək, dünyasına xətər yetiriləcək. Qismət belə yazılıb: hətta Zevsin özü matriksin içindədir. Hərçənd cədvəli öncədən bilmək ona cədvəldən çıxmaq üçün yeganə bir şans saxlayır: Metidadan olduğu kimi Fetidadan da qəti surətdə imtina etmək, nigahı pozmaq...

Digər bir cizgiyə də diqqət eləyək: Axilles niyə ölməzdir? Çünki Fetida onu  dabanlarından tutaraq Stiksin (məqalənin 2-ci hissəsində onun yeraltı dünyanın cəhənnəm çayı olduğunu söyləmişdim) sularında çimizdirib. Buradan da belə bir məntiqi nəticəyə gəlmək olar ki, yeraltı aləm çaylar (dənizlər, okeanlar) nümunəsində yerüstü dünyaya və onun tanrısına asi olur, üsyana qalxışır. Deməli, Zevs və Fetida münasibətləri mif üçün müəyyən bir moduldur və  məhz bu modul əsatiri gəlişdirir.

Əslində, bu mif, eynilə Nuh peyğəmbərlə ilişikli əfsanədə olduğu kimi su – torpaq qarşıdurumunun, mübarizəsinin, konfliktinin su – od invarıantında təkrarıdır, onun mətn daxilində şifrələnməsidir.

Yenə qayıdıram dialektikaya: dünya təkcə əksliklərin deyil, eyni zamanda, dörd ünsürün bir-birilə daimi toqquşması, mübarizəsi və birgəliyidir, vəhdətidir: torpaq suyu udur, su odu söndürür, od havanı “yandırır”, hava (külək) torpağı sovurub bir yerdən başqa yerə aparır... Və beləcə sonsuzacan... /kult.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.