İtaliya səfiri Tərcümə Mərkəzində olub
28.10.14
İtaliya səfiri Tərcümə Mərkəzində olub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ciampaolo Kutillonu qəbul edib. Görüşdə İtaliya səfirliyi ilə Tərcümə Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Ədəbiyyatlararsı mübadilə, tərcümə və nəşr məsələləri, həmçinin italyan dilinin ölkədə aktuallığı və tədrisi görüşün əsas müzakirə mövzusu olub.
C.Kutillo gərəkli təkliflərdən dolayı məmnunluq duyduğunu bildirib: “Səfirlik olaraq bu işlərlə məşğul olsaq da, sizin tərcümə xidmətlərinizdən də istifadə etmək bizimçün xoş olar. Çalışacağıq ki, bundan sonra daha sıx və geniş müstəvidə əməkdaşlıq edək”.
Görüş zamanı həmçinin Mərkəzin 4-7 dekabr tarixində İtaliyanın Roma şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirakı ilə bağlı məsələlər, habelə, İtalia ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatınınsa italiyan dilinə çevrilməsi və tanıdılması istiqaməti üzrə təkliflər də diqqətə çatdırılıb.
Avanqard.net
|