Qorki adına Ədəbiyyat İnstitutunun yeni rektoru, yazıçı Aleksey Varlamovla MÜSAHİBƏ
28.10.14

Qorki adına Ədəbiyyat İnstitutunun yeni rektoru, yazıçı Aleksey Varlamov gələcək planlarından danışır.

Dünyada yeganə olan A.M.Qorki adına Ədəbiyyat İnstitutu Rusiyanın Təhsil və Elm Nazirliyinin nəzarətindən çıxarılaraq Mədəniyyət Nazirliyinin hamiliyinə keçirilib. İnstitutun rəhbəri vəzifəsinə isə yazıçı Aleksey Varlamov təyin olunub.

Bu institutda keçmiş sovet məkanının, o cümlədən, Azərbaycanın bir çox görkəmli şair və yazıçısı təhsil alıb. Həyatda olanlar indi də öz söhbətlərində Ədəbiyyat İnstitutunu bitirdiklərini fəxrlə vurğulayırlar.

Unikal təhsil müəssisəsinə rektor postuna gətirilən yazıçı Aleksey Varlamov təhsil ocağının problemləri və “İnstitutu gələcəkdə nə gözləyir?”-deyə qarşıda duran işlər barədə danışıb.

Yalnız Tver bulvarı, 25


- Siz artıq birinci il deyil ki, Ədəbiyyat İnstitutunda nəsrdən ustad dərsləri keçirsiniz. Əgər bir işiniz ustad dərsləridirsə, digəri əfsanəvi institutun əsəbi və mürəkkəb strukturudur. Buradakı müəllimlər ədəbiyyatın məşhur ustadlarıdır. Tələbələr - yaradıcı ambisiyalar dənizidir. Daimi mübahisələr, «kim dahi, kim fərasətsizdir»-sualına cavablar... Bu cür mübahisələr bu institutun divarları arasında daim eşidilir. Bir sözlə, ədəbiyyat dünyası. Siz bu cür yaradıcı xaosun necə rəhbəri olacaqsınız?
- Əgər doğrusunu bilmək istəyirsinizsə… təsəvvür edin, insan ölçülü-biçili bir həyatla yaşayır – mühazirə oxuyur, seminarlar aparır, jurnalla məşğul olur, yazır, amma sanki birdən hər şey dəyişir. Sanki birdən rus dilindən Çin heroqlifinə keçirsən. Mən bu yeri axtarmamışam, ancaq təklif edəndə də imtina etmədim. Mənim seçimim - özümə cavabdehlikdir.

- Siz Moskva Dövlət Universitetini bitirmisiniz və orada professor qismində işləməkdə davam edirsiniz. Bu iki təhsil ocağı arasında fərqi nədə görürsünüz?
- Mən bu institutu bitirmişəm və demək olar ki, 30 il bu universitetdə çalışmışam, indi də əvvəlki qaydada yazıçı strategiyası üzrə mühazirələr oxuyur və seminarlar aparıram. MDU - nəhəng təhsil ocağıdır. Bir neçə fakültəni, institutu, filialları, laboratoriyaları özündə birləşdirən elm ocağıdır. Bu, dövlətin güvənli müdafiəsinə söykənən bir institutdur. Onun öz problemləri özünə bəsdir. Böyük imperatorluq, razılaşmalar, uzun-uzadı imzalanan əmrlər, qəbul olunan qərarlar… Bu institut haqlı olaraq dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısına düşməyə cəhd edir. Ancaq Ədəbiyyat İnstitutunu heç kimlə qarşı-qarşıya qoymaq olmaz – çünki o dünyada yeganədir. Bu Lüksemburq, Lixtenşteyn, daha yaxşı mənada desəm, xüsusi əhəmiyyəti olan knyazlıqdır. Əgər Gertsenin burada doğulduğunu xatırlasaq, bura hersoqluqdur. Axı institut Moskvanın mərkəzində, Tver bulvarında yerləşir.

- Mən müxtəlif rektorları tanıyırdım: Pimenov, Sidorov, Eqorov, Yesin, Tarasov – bunlar hamısı qeyri-adi insanlar, xarakterlərdir. Siz özünüzdə rəhbərlik xarakterini necə təsəvvür edirsiniz? Ancaq, lütfən, əvvəlki rəhbərlər kimi hər şeyin yaxşı tərəfindən danışmayın!

- Mən özümü necə lazımlı sayıramsa, elə də danışacam. Pimenovu və Eqorovu tanımırdım, yalnız haqlarında eşitmişdim. Ancaq şəxsən tanıdığım və hörmət etdiyim üç rektor – Evgeniy Yuriyeviç Sidorov, Sergey Nikolayeviç Yesin, Boris Nikollayeviç Tarasov, hətta rektor vəzifəsini icra edən Lyudmila Mixaylovna Çareva qeyri-adi insanlar idi. Rəhbərliyə gələncə, əlbəttə, bu məsələyə nəinki inzibati, daha yaradıcı yanaşmaq istərdim.

- Siz köhnəlmiş binanın bərpasını edəcəksinizmi? Axı bu, XVIII əsrə məxsus memarlıq nümunəsidir. Bundan əlavə, binanı tikəndə tikili hər mərtəbəsində gündəlik 200 tələbənin gəzintisinə hesablanmayıb. Söhbətlər gəzir ki, hətta bir gün bu bina söküləcək.
- Bərpa işləri əlbəttə, bizim üçün o qədər də mürəkkəb iş deyil. Ancaq bu, çox zərif işdir. Xüsusilə, əgər söhbət arxitektura abidəsindən gedirsə. Yaxşı ki, biz Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə keçmişik və onların bu sahədə təcrübələri var. Çətin ki, Yasnaya Polyana da hər gün onu bu qədər ziyarət edən turistlərə hesablanıb. Bu pillələr, taxta döşəmə, örtük, eləcə də bu sözləri Moyka çayı üstündəki Puşkinin mənzili haqqında demək olar. Fikrimcə, bu gün arxitektur abidələri memorial və dərs məqsədi ilə istifadə etmək üçün vasitələr var. Əgər bu, Ədəbiyyat İnstitunun özünə yeni bir bina tapmasına işarədirsə, onda, abidəni indiki ağalara və onların nökərlərinə verməkdən söhbət gedir, bu istisnasızdır. İnstitut yalnız Tver bulvarı, 25 ünvanında yerləşə bilər.

Sərtliklə yumuşaqlıq arasındakı sərhəd

- Siz ümumiyyətlə, bu binanın sehrini hiss edirsinizmi? Platonov, Mandelştam, Yesenin, Mayokovskiy – hansı ki, burada çıxış ediblər, hətta yaşayıblar? Mənə elə gəlir ki, hətta bunlarsız Ədəbiyyat İnstitutunu başa düşmək olmaz.
- Belə şeylər çox olub... Mandelştamın paltosu yanıb... 1949-cu ildə Prişvin Aleksandr Qrinlə, Platonovla o qədər içiblər ki, «Ədəbi tənqid»də gənc və heç yerdə tanınmayan Şukşinə xeyir-dua veriblər. Mən Tver küçəsindən keçəndə xəyallarla bu binaya boylanıb bunu hiss edirdim. Əlbəttə, bina arasında romantik münasibətləri tapa biləcəyin mistik ahəngə söykənib. İndi bu kölgələr hər hansı sehrsiz və romantikasız, mərhəmətlə, dostyana, düşməncəsinə, soyuq, yaxud şübhə ilə mənə baxır və soruşurlar: «Bu quş kimdir?» Ancaq mən bütün hallarda onlara bel bağlayıram ki, bəlkə rəhmləri gələr və binanı yıxılmağa qoymazlar.

- Siz kollektivlə münasibəti necə qurmaq niyyətindəsiniz? Sərt? Yumşaq? Hamını eşidib, ancaq öz bildiyini etməklə? Siz necə qəbul edəcəklər?

- Qəbul edib-etməyəcəklərini artıq seçkilər göstərəcək. İndi axı bizdə gözəl sistem qurulub. Burada səni seçirlər, «orda» isə səndən tələb edirlər. Mən ümumiyyətlə, təbiətcə avtoritar adam deyiləm. Hakimiyyətə can atmıram və fikirləşirəm ki, insanlar həmişə bir-birinə hörmət etməli, bir-birini başa düşməli və qarşılıqlı maraqlardan öyrənməlidir - tələbələr müəllimlərdən, müəllimlər tələbələrdən. Bu və ya digərləri administrasiyadan, dekanlıq mühafizəçidən, dalandar yataqxananın komendantından, rektor isə hamısından. Tərzə gəlincə, güman edirəm ki, sərtliklə yumşaqlıq arasındakı sərhədi tapmaq və saxlamaq lazımdır.

- Baş redaktoru olduğunuz və çox uğur qazanan «Ədəbi dərslik» jurnalını institutla birləşdirmək ideyası yoxdurmu?

- Adlarının yaxınlığına baxmayaraq, «Ədəbi dərslik» jurnalını Ədəbiyyat İnstitutu ilə birləşdirmək çətin alınar, bunun böyük bir mənası da yoxdur. Jurnalın öz tapşırıqları, öz auditoriyası var. O, heç vaxt Ədəbiyyat İnstitutunun orqanı olmayıb və olmamalıdır. Ancaq şübhəsiz ki, bizim əlaqələrimiz daha sıx olacaq. Biz buna qədər də Ədəbiyyat İnstitutunun tələbələrinin yazdıqlarını çap edirdik. Gənc müəlliflərin əsərləri bizdə işıq üzü görürdü. Bundan sonra bu, daha çox olacaq. Jurnala ədəbi portalı da əlavə etsək, daha çox tələbənin əsərinin çapına imkan yaranacaq.

Fikir ayrılığının səbəblərindən biri

- Qibtəedici sual: Siz bütün bunları necə çatdırırsınız? Elə bu günlərdə sizin mürəkkəb və qalın bir əsəriniz - Gümüş əsr haqqında «Xəyali qurd» romanınız işıq üzü görüb. Vasili Şukşinin bioqrafaiyası çıxhaçıxdadır. Dərs deyirsiniz, jurnala rəhbərlik edirsiniz, indi də institut rektorluğu... Şəxsi həyatınızı necə proyektə edirsiniz? Nələrdən imtina edirsiniz?

- Mən heç nəyə çata bilmirəm. Romanı beş ilə yazmışam. Şukşinə bir ildən çox vaxt sərf etmişəm. Qurtaran kimi ekspertizaya göndərmişəm. Jurnal və universitet qalır. Yeni romanları isə yəqin ki, zamanlaşdırmaq lazımdır.

- Təxribatçı sual: Məlumdur ki, yarıdıcı institutların tələbələri çox içirlər. Ədəbiyyat İnstitutunun dahiləri də içirdilər. Əfsanəvi Nikolay Rubçov, demək olardı ki, hər gün içirdi. Ümumiyyətlə, keçmiş rektorlar bununla necə mübarizə aparıblar? Siz bu barədə nə fikirləşirsiniz?
- Şukşin özünə Ədəbiyyat İnstitutunun yataqxanasında yuva qurmuşdu. Onu dəhlizdə araq butulkasını özünə kəndirlə bağlayan görüblər. Əgər indiki «yedəkçilər» Şukşinin səviyyəsində nəsr yazsalar və Rubçovdan pis şeir yazmasalar, nə demək olar… Əgər olmayacaqsa, onda cəzalanacaqlar… Mən əfsanəvi sələflərimdən biri haqqında belə bir əhvalat eşitmişəm: o, həmişə tələbələrlə müsahibədə «hansı şairləri sevirsiniz?» sorğusuna Rubçovun adını eşidəndə həmin abituriyentin aqibəti pis olurmuş.

- Builki yaradıcı müsabiqə necədir?
- Təxminən bir yerə altı adam...

- Siz keçmiş SSRİ xalqlarının dillərində bədii tərcümə kafedrasının yaradılması haqqında nə düşünürsünüz?
- Bu, prioritet istiqamət olmalıdır. Biz təəssüf ki, bunu hələ sovet vaxtında itirdik. Biz bu gün rus ədəbiyyatı haqqında da o qədər yaxşı bilmirik. Tatar, yakut, başqırd, komi, Şimali Qafqaz xalqları və teatrlarda nə baş verdiyindən xəbərsizik. Yaxın qonşularımıza – Azərbaycan və gürcülərə, belorus və qazaxlara, ermənilərə gəlincə, bu, onlara da aiddir. Biz dünyaya Çingiz Aytmatovu bəxş edən qırğız ədəbiyyatı haqqında, həmçinin tacik, özbək, türkmən ədəbiyyatı haqqında bilmirik. Bundan əlavə, zəngin Ukrayna ədəbiyyatı var. Əgər bir-birimizi yaxşı tanısaydıq, son 20 ildə belə ayrılmasaydıq, bəlkə tarixin özü də başqa cür olardı. Bu fikir ayrılığının səbəblərindən biri də bu institutun həmişə şöhrətləndiyi tərcümə məktəblərinin itməsidir. Əlbəttə, yenidən yaradacağıq. Elə «Rossiyskaya qazeta»nın vasitəsi ilə geniş oxucu auditoriyasına müraciət edirəm – gəlin, bir yerdə işləyək! Və qeyd edim ki, təsadüfən gələn il bizim ölkəmizdə təkcə Rus Ədəbiyyatı ili deyil, Ədəbiyyat İli elan olunmayıb. Mən hamını toplamağa çalışacağam! /kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.