Kamal Abdulla yəhudi təşkilatının lideri ilə görüşdü
27.10.14
Kamal Abdulla Amerika Yəhudiləri Yardım Təşkilatı ilə görüşüb.
Yəhudi lider: "Azərbycan nəinki Qafqazın hətta bütün dünyanın ən tolerant ölkəsidir".
Amerika Yəhudiləri Yardım Təşkilatından(Vaad L Hatzolas Nidchei Yisroel) bir qrup heyyət Azərbaycan Rrespublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ilə görüşüb. Görüşdə Təşkilatın Azərbaycan bölməsinin sədri Rav Shmeuel Simatov, təşkilatın sədr müavini Rav Zamir İsayev və təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib. Görüş heyyətlər arası baş tutub. İlk öncə qonaqları salamlayan Kamal Abdulla dövlətin tolerantlıq siyasətindən və ölkə prezidentinin buna qayğısından danışıb. Rav Shmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib ki ,"Mən İsrail vətəndaşı olsamda daima özümü azərbaycanlı kimi hiss edirəm. Bu gün Azərbycan tolerantlığı ilə nəinki Qafqazın hətta bütün dünyanın ən tolerant ölkəsidir".
Görüşdə iki tərəfli əməşdaşlq və azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq lahiyyələr haqqında müzakirə aparılıb. Görüşün sonunda Kamal Abdulla qonaqlara kitab hədiyyə edib.
Avanqard.net
|