Tərcümə Mərkəzi müsabiqə elan etdi
24.10.14
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq. * Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. * Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir: nəsr əsərləri – 20.000 işarəyə qədər poeziya nümunələri – 100 misraya qədər * Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər. * Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər. * Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər: a) Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə; b) Şəxsiyyət vəsiqəsinin surəti; c) Müsabiqə iştirakçısının əlaqə nömrəsi; ç) Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə); d) Tərcümə əsərləri elektron ([email protected] ünvanına) və kağız formatında təqdim edilə bilər. Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir; Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir. Əsərlər AZTM-in Mətbuat və nəşr məsələləri üzrə müşavirliyi tərəfindən qəbul edilir. Mükafat fondu: Tərcümə edilən nəsr əsərləri üçün: I yer – 3000 (üç min) manat II yer – 2000 (iki min) manat III yer – 1000 (min) manat Həvəsləndirici mükafat: 500 (beş yüz) manat Tərcümə edilən poeziya nümunələri üçün: I yer – 3000 (üç min) manat II yer – 2000 (iki min) manat III yer – 1000 (min) manat Həvəsləndirici mükafat: 500 (beş yüz) manat Müsabiqənin gedişatı barədə: Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasına təqdim edilir. Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir. Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir. Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır. Mükafat diplom və pul təltifindən ibarətdir. Ünvan: Ə.Topçubaşov 74 Email: [email protected] Telefon: 595-10-42 Mob: (050) 263-02-95
|