Kamal Abdulla: Bəlkə, mağara həsrəti çəkək?
23.10.14

Şair Xanəmirin Kult.az saytında dərc olunmuş “Əlifbası olmayan xalq” yazısında bir sıra subyektiv mülahizələr səsləndirilib. Həmin mülahizələrlə bağlı bir görkəmli dilçi alim olaraq Kamal Abdullaya müraciət edib, fikirlərini öyrəndik:  
 
"Əlifbası olmamaq nə deməkdir – anlamadım. Bütün xalqlar əlifbadan istifadə edir. Yüzlərlə xalq var ki, özü əlifba icad etməyib və bunun çatışmazlıq kompleksini daşımır. Qədim romalılar yunan əlifbasını, yunanlar finikiyalıların əlifbasını, ruslar, fransızlar, ispanlar, ingilislər... latın əlifbasını korrektə edə-edə bu gün də işlədirlər. Xanəmir Orhon-Yeniseyin təəssübünü çəkir. Runik əlifba olan Orhon-Yeniseyi hər hansı müasir türk dilinə uyğunlaşdırmaq cəhənnəm əzabından başqa heç nə olmazdı. Belə isə elə bir az da qədimə gedək – mağara həsrətini də mənəvi ağırlıq kimi milli kökümüzün bir komponenti edək. Mən Xanəmirin “əlifba” deyə-deyə nələri nəzərdə tutduğunu yaxşı anlayıram. Şairliyindən gələn səslərdir. 
 
Bugünkü stabil mənəviyyat baxımından əlifbanı icad edən xalqla əlifbanı icad etməyən, ondan istifadə edən xalq arasında heç bir fərq yoxdur. Onda biz maşın sürəndə hər dəfə əzab çəkməliyik ki, niyə bu avtomobili icad edən biz deyilik?!
 
Cəmiyyəti komplekslərdən qurtarmağın üsullarını ortaya qoymaq lazımdır. Günah hissimizi eninə-uzununa araşdıra biləcəyimiz və bundan dərslər çıxarmalı olduğumuz halda asanlıqla ona oxşaya-oxşaya düşünmək istəyənləri çaşdıran çatışmazlıq kompleksi bizi hələ də burulğan kimi öz içinə çəkir". /axar.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.