Emin Piri - Mən şeir yazmıram, dadın bilmədiklərimə
21.10.14
Avanqard.net gənc yazar Emin Pirinin şeirini təqdim edir.
Üstü-başı tozlu şeir
Nə olsun ki, yanaşıram adın bilmədiklərimə. Mən şeir yazmıram, xanım, dadın bilmədiklərimə.
Hayandansan, haralısan elə də maraqlı deyil. Heç səndən əvvəlkilər də dünyanın maralı deyil.
Gah nazını, gah fikrini, gah da yükünü çəkirəm. Mən yazıq çarmıxa gedən İsa çəkəni çəkirəm.
Vurulmuşam, divarına vurulan bir şəkil kimi. Çəkirsən məni özünə quraqlıqda çat-çat olmuş torpaq suyu çəkən kimi.
İydə ağacı altından qıraq ol, xatası çıxar. Bu sakit may gecəsinin fevral ayı səsi çıxar.
Mən şeir yazmıram, xanım, dadın bilmədiklərimə. Nə olsun ki, yanaşıram adın bilmədiklərimə.
|