Freydin sevgi məktubu
21.10.14

Avanqard.net Ziqmund Freydin sevgi məktubunu Araz Gündüzn tərcüməsində təqdim edir.

Ziqmund Freydin sevgi məktublarından biri: özünü bir alim və bir yəhudi olaraq tanıyan Freyd, görün, öz adaxlısına nələr yazır.

Vyana, ikinci gün, 23 oktyabr 1883-cü il

Mənim sevimli Marthenim!


Birdən, yanlış düşüncələrə qapılsam da, inciklikdən doğan sözlər yazsam da, ancaq yenə də, düşüncələrimi səninlə bölüşməkdən özümü çəkindirə bilmirəm. Mən hansısa sözümlə səni incitmişəmsə, gərək biləsən, bütün bunların niyəsi, mənim sənə qarşı olan çılğın istəklərimin, yalqızlığımın, səndən olan gözləntilərimin və bir də məni səndən uzaqlarda saxlayan qandallarımın birlikdə yaratdığı gərginlikdən yanadır. Mənim çıxılmaz sandığım düşkünlüyə və dardüşüncəliyə qapılmağım da olur və ancaq sənin mənə olan sevgindəki dönməzliyin, habelə, məni belə yüksək dəyərləndirməyin, sonunda, bu darlıqdan qurtulmağıma gətirib çıxarır. Sən gərək, bu yazdıqlarıma görə, mənə gülməyəsən, habelə, mənim öz mühakimələrimdə və ovqatımda aşırı kövrək və dayanıqsız olduğumu da düşünməyəsən.

Hə, gözəl qızcığazım, bugün günortadan sonra çoxdankı axtarışlarımı uğurla başa vura bildim: mən artıq büsbütün yeni bir müalicə metodu tapdığımı deyə bilərəm və bu yeni metodun, bundan öncə düşündüyüm metodlardan qat-qat uzunömürlü və etibarlı olacağına inanıram. Ürəyədammaya arxalan bir öncəgörmə ilə gəlib çıxdığım bir sonuc gözümün önündədir: mən ya artıq axtardığım metodun özünü tapmışam, ya da onu tapmağın bir addımlığındayam.

Yaşamın bu dözülməz ağırlığı məni sarsıda bilməz, biz sağlamıqsa, tale bizi böyük bədbəxtliklərdən qoruyursa, bundan yaxşı nə ola bilər? Biz onsuz da sonucda bütün istəklərimizə çatacağıqsa, qəm eləməyə dəyməz. Qayğıların aşıb daşdığı, ancaq ehtiyacın yol tapa bilməyəcəyi, kiçik bir evimiz olacaq, orada sevinclə dolu bir ömür sürəcəyik, taleyin dönüklüyünə qarşı dirənəcəyik və insanların qarşıısnda lap çoxdan dayanan bu sorunun cavabını da tapacağıq: “Görəsən biz nə üçün yaşayırıq?” Mən sənin belə bir möcüzəli evinin olmasını ürəkdən istədiyini bilirəm, habelə sənin belə bir evi bəzəyəcəyini, orada necə çalışqan, qayğılı və sevinc içində ömür sürəcəyini də bilirəm.

Bir anlığına sənin bizim evimizdə yiyələnmək istədiyin ağalığı əldə elədiyini göz önünə gətirirəm, belə bir üstünlüyə yiyələnməyin qarşılığında isə sən, mənim mühakimə olunmalı yanlışlarıma baxmayaraq, mənə öz sevgini və yanlışlarıma qarşı göstərdiyin dözümü, bir ödül olaraq verəcəksən. Mənim elmi çalışmalarımın yol verdiyi qədər, biz birlikdə kitab da oxuyacaq, bizim ikimiz üçün də ilginc və əyləncəli olan yeni-yeni bilgilər alacağıq. Mən sənə ilgilənmədəyin bilgilər də öyrətməyə çalışacağam, bunları bilmək ərə gedən qızın, öz ərinin iş-gücünü, onun baş sındırdığı problemləri bilməklə, onu daha yaxşı tanıya bilməsi üçün çox önəmlidir. Onda elmi araşdırmalarımla bağlı olan çalışmalarım, sənin diqqətini çəkdiyinə görə, mənim üçün daha da maraqlı olacaqdır. Bu yolda uğurlar qazana bilməsəm belə, sən məni qınamayacaqsan. Ancaq mənim öz istəklərimdə səmimi və təmiz niyyətlər güddüyümə şübhə etməyə bilərsən. Gəncliyinin ən gözəl illərini məni gözləməklə keçirdiyin, mənə dönüklük eləmədiyin üçün səninlə bütün ömrüm boyu öyünəcəyəm. Mən sənin üçün açıq bir kitab olacağam, sən bu kitabın ürəyin istəyən yerlərini oxuya biləcəksən və biz biri-birimizə dayaq duraraq, yardımçı olaraq, xoşbəxt bir ömür sürəcəyik.

Sən məni yaramazlıqlara, yamanlıqlara, gözügötürməzliyə, acgözlüyə qapılmaqdan çəkindirəcəksən. Sən, birdən, məni elmi fəaliyyətimdən də daşındırmaq istəsən, onda mən sənə bu yaxınlarda Kasseldə ölmüş Benedikt Ştillinqin başına gələnləri danışa bilərdim. O, gəncliyindən başlayaraq, gərgin elmi çalışmalar aparmış və işlədiyi klinikada çox böyük görəv qazana bilmişdi. O, otuz il, ara vermədən, gündüzlər insanın onurğa beyni, axşamlar isə baş beyni üzrə elmi araşdırmalar apararaq, onları bütün dərinliyinəcən öyrənə bilmişdi. Biz indi bu iki orqanla bağlı nə biliriksə, bütün bunlara görə sağol deməli olduğumuz araşdırıcıların ilk sırasında Ştillinq də vardır. O öz elmi araşdırmalarında çalışqanlığı və dönməzliyi ilə seçilirdi. Onda böyük yaradıcılıq sevgisi ilə böyük istedad qovuşmuşdu, bildiyimiz kimi, yəhidilərin arasından belə insanlar çox çıxır.

Sevimli Martam, mənim ömrümdə gələcəkdə tutacağın yerin bir hissəsini sən elə indidən tuta bilmisən. Sən mənim ömrümdə ən başlıca insan olmalısan. İşlər yaxşılığa doğru gedirsə, onda xoşbəxtlik qaçılmaz olur. İndi bizi yolların uzaqlığı ayırır, ona görə də, bugün biz xoşbəxt deyilik.

Gecən xeyrə qalsın, mənim öz sevgisində dönməz olan adaxlım! Mənə öz ruhundan pay verməyi əsirgəmə. Mənə yaz. Səndən uzun müddət məktub almayanda mən, sözlə deyiləsi olmayan, sonsuz bir qəm-qüssəyə dalıram.

Sənin Ziqmundun

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.