Azərbaycan Tərcümə Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb
20.10.14
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı (aztc.gov.az) fəaliyyətə başlayıb. Azərbaycan, ingilis və rus dillərində yayımlanan sayt “Haqqımızda”, “Xəbərlər”, “Fəaliyyət”, “Tədbirlər”, “Qanunvericilik”, “Beynəlxalq əməkdaşlıq”, “Mətbuat və media”, “Kataloq”, “Video”, “Qalareya” və “Əlaqə” bölmələri üzrə yayımlanır. Sayt vasitəsi ilə dövlət və dövlətçilik, Tərcümə Mərkəzinin kitab nəşrləri, mətbu nəşrləri, tərcümə sahəsində görülən işlər, layihələr, kitab təqdimatları, görüşlər, beynəlxalq kitab sərgiləri, tərcümə konfransları, dəyirmi masalar və digər əlaqədar tədbirlər barədə məlumat əldə etmək olar. Gündəlik yenilənməkdə olan saytda tərcümə sahəsinin ən son yeniliklərini izləmək mümkün olacaq.
|