Azərbaycan Tərcümə Mərkəzi İstanbul Kitab Fuarına qatılacaq
20.10.14
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi cari ilin 8-16 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXXIII Beynəlxalq İstanbul Kitab Fuarına qatılacaq. AZTM artıq iştirak üçün qeydiyyatdan keçib və bundan sonra hər il fuara rəsmi şəkildə dəvət alacaq. Fuarda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrləri xüsusi stenddə nümayiş etdiriləcək. Eləcə də, Mərkəzin fuarda iştirak edən nümayəndə heyəti bir sıra nəşriyyat və tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq barədə görüşlər keçirəcək.
Avanqard.net
|