Turan İsayeva - Cənab filankəsov
17.10.14
Şikayətnaməm var sizdən cənab. Yaxşı tanımıram da sizi. Nə yolda görüb sevmişəm nə də ki, uzun müddətdən sonra tanıyıb bəyənmişəm Bugünümdən dünənimə məktub var Yazıb sizə bildirirəm ki cənab ............darıxmışam. Gülüşünüzdən, səsinizdən, sevginizdən ötəri. Ürəyimdən ağlıma məktub adında dastan var Bəsdir deyir Olmaz deyir. Məni dinlə deyir. Ağlımdan ürəyimə cavab var. O ki səni istəmir. Çaşıb sizə bildirirəm ki cənab ....... Sevmişəm. Sizi çox sevmişəm zamanında Hər iki üzünüzü də. Xatirəm qalıb sizlə cənab. O görüş, o park, o mən. Mən o gün özümü həyəcandan tanımamışdım. Bilirsiz? Yox, bilmirsiz cənab, bilmirsiz. Mən o günü son gün deyə hesablamamışdım Keçmişimdən sizə salam var əziz ....... Sevgimizdən sizə bir ömür dolusu nifrət var. Xoş unudulmalar sizə Cənab ......
|