Əhməd Qəşəmoğlu - Nəsrəddin Tusi
irsinin potensialı
15.10.14
AMEA, Fəlsəfə və Hüquq İnstitutu
BEA-nın professoru, fəlsəfə doktoru
tel:
+994 50 311 17 98; e-mail:- [email protected]
Açar sözlər: “Nəsrəddin Tusi”, “əxlaq”, “nəfs”, “şərq mədəniyyəti”, “ahəngyol”,
“qloballaşma”.
Xülasə:
Məqlədə, yer
üzündə sürətlə qlobollaşma prosesi getdiyi indiki dövrdə, yer üzündə baş verməkdə
olan sosial gərginliklərin qarşısını almaq üçün Orta əsr İslam fəlsəfəsindən
istifadənin vacib olduğu ətraflı izah edilir. Konkret misal olaraq bu işdə Nəsrəddin
Tusinin “Əxlaqi-Nasiri” əsərinin olduqca
faydalı olması göstərilir. Kitabda o dövrdə ilk dəfə “fərd-ailə-ölkə” sxemi üzrə layiqli, əxlaqı saflaşmış insanın
yetişdirlməsi üçün konkret elmi metodlar
teklif olunur. Məqalədə əsaslandırılır ki, bu kitab indiki zamanda da öz
aktuallığını saxlayır və ondan əməli surətdə istifadə etmək lazımdır.
Müasir dövrün ciddi mənəvi-psixoloji
problemlərinin həllində Nəsrəddin Tusi
irsinin potensialı
Qloballaşma prosesinin sürətlə getdiyi indiki dövrdə yer üzünün hər tərəfində
mənəvi-psixoloji problemlər günü- gündən daha da artmaqdadır. Bu problemlərin
artması isə bir başa siyasi, iqtisadi, demoqrafik və bu k. məsələlərə ciddi təsir
edir. Cəmiyyətdəki proseslər get- gedə
daha da mürəkkəbləşir və ortaya əvvəllər ağıla gəlməyən yeni problemlər çıxır. Bir çox ölkələrdə insanlar arasında münasibətlərdə
amansızlıq, insanların, xalqların haqqların tapdanması halları adi hala çevrilməkdədir.
XX əsrdə həyat tərzi ilə nümunəvi ölkələr
kimi tanınan qərb ölkələrinin özündə belə artıq istər iqtisadi, istərsə də
demoqrafik, mənəvi cəhətdən ciddi gərginliklər yaşanmaqdadır. Müharibələr,
bunların da nəticəsində səfalət, cəhalət, yoxsulluq tüğyan edən Afrikadan və
başqa ölkələrdən gələn miqrantlar bütün qərb ölkələrinin demoqrafik mənzərəsini
və mənəvi-psixoloji mühitini sürətlə dəyişməkdədir. Yer üzünün maddi sərvətlərindən gələn gəlirlər
az bir adamların əlində toplanmaqda, qalan insanların iqtisadi cətinlik içində
yaşaması artıq müasir yaşam tərzinə çevrilməkdədir. İndi yer üzündə cəmiyyətin, tərəqqinin ən mühüm tərkib hissəsi olan ailə institutunda
ciddi problemlər yaşanmaqda, aşınma getməkdədir. Ailə zəminində qətl,
zorakılıq, təcavuz və s. kimi qorxunc hallar yayılmaqdadır. Ailələrdə gərginlik artmaqda davam edir. Dünyanın ən aparıcı ölkə başçılarından, siyasətcilərindən,
elm, mədəniyyət xadimlərindən, KİV- lərdən tutmuş sıravi insanlara qədər belə
bir vəziyyətdən çıxış yolu axtarmağın zəruri olduğundan danışır. Ötən əsrlərdə əksər insanlar düşünürdü ki,
yer üzündə elmin, texnikanın inkişafı ilə hər tip problemlərin həlli baş verəcəkdir.
İyirminci əsrin əvvəllərində ağıllı elm,
siyasət adamları dərk etdilər ki, əksinə, elmi kəşflərin artması ilə yanaşı, mənəvi
səviyyə lazımınca təmin edilmədiyindən cəmiyyətdə gərginlik nəinki azalır, əksinə,
daha sürətlə artır. İndi son yüz ilə yaxın bir dövrdə elm, siyasət adamları yer üzündə nə baş verdiyini, hansı vacib addımlar
atılmasının zəruri olduğunu muəyyənləşdirmək sahəsində yollar axtarılmaqdadır.
Bu yolları isə qədim şərqin müdrikliyindən bəhrələnərək ortaya qoyulmuş elmi-fəlsəfi,
psixoloji, sosioloji yönümlü əsərlərə lazımınca diqqət vermədən tapmaq mümkün
deyil. Bu baxımdan Nəsrəddin Tusinin XIII əsrin otuzuncu illərində yazdığı “Əxlaqi -
Nasiri” kitabı (1) da xeyli faydalıdır.
Təəsüf ki, müasir qərb mədəniyyəti, qərb siyasəti şərq fəlsəfəsinin, şərq elmi düşüncəsinin
potesialından lazımi qədər istifadə edə bilmir. Bunun da öz konkret səbəbləri
vardır. Çünki, bir zamanlar daha düzgün elmi fəaliyyət istiqamətində olan şərq
elminin nəaliyyətlərinin öz zamanlarında cəmiyyətə ötürülmə, tətbiq olunma
mexanizmi zəif olduğundan bu nəaliyyətlər sanki istifadə edilməyən ləl- cəvahirət
kimi boxçalara yığılıb bağlanmışdır. Şərq elmi ona görə daha doğru yolda idi
ki, o zamanin alimləri əqlin, intellektin gücü ilə yanaşı həm də bəsirətin,
dini kitabların elmi potensialının gücündən istifadə edirdilər. Bəsirət dedikdə
hər hansı bir insanda daxil olduğumuz kainat nizamına uyğun müəyyən doğru məlumatları
sezmə, duyma qabiliyyətini nəzərdə tuturuq(2, 112). Şərq alimi özündə bu
qabiliyyəti xüsusi olaraq inkişaf etdirirdi. Bunun üçün müxtəlif dövrlərdə müxtəlif
ölkələrdə müxtəlif yaşam tərzi, metodlar, ayinlər olmuşdur. Misal üçün, şumerlərin
öz metodları, Babilistanın, Misirin öz metodları, cinlilərin, yaponların,
hindlilərinsə öz metodları olmuşdur. Orta əsr islam elmində də təsəvvüf fəlsəfəsi
öz konkret metodlarını ortaya qoymuşdu. Amma bütün bu metodları birləşdirən
ümumi cəhət mənəvi amillərin önə çıxarılması, maddiyyatın mənəvi inkişaf etdirmək
vasitəsi olaraq seçilməsi prinsipi olmuşdur. Kainat nizamına uyğun məlumatları daha müfəssəl,
dəqiq olaraq duyma qabiliyyət vəhydir. Belə qabiliyyəti olan insanları peyğəmbər
adlandırmışlar(2, 114). Bütün dini kitablar daha əfsəl(böyük, kainat
miqyaslı) peyğəmbərlər tərəfindən
yaradılmışdır. Bu kitablardakı təlimlər peyğəmbərin vəhy vasitəsi ilə kainatın,
cəmiyyətin nizamı, mövcudluq və fəaliyyət prinsipləri barədə müəyyən kodlarla
duyduqlarını obrazlarla, dövrünün əhalisinin başa düşəcəyi dildə ifadə olunmasıdır.
Hər bir ciddi alim həmin ifadələrin arxasındakı vəhyin kodlaşmış məlumatlarından
bəhrələnə bilər. Şərq alimləri məhz bu yolda olmuşlar. Onlar müəyyən olunmuş həyat
tərzi sürərək müxtəlif məktəblərdə elmlər barəsində zəruri biliklər əldə etməklə
öz intelləktlərini sistemləşdirmiş – bununla ciddi tədqiqat vasitəsi əldə etmiş
və dini kitabların potensialından bəhrələnərək öz bəsirətlərini də hərəkətə gətirərək
tədqiqat işləri aparmışlar. Şərq alimi hər bir varlıq, hadisə barədə əhatəli, hər
tərəfli bilgilərdən istifadə etməklə müəyyən bir istiqamətdə tədqiqatları dərinləşdirmişlər.
Həmin əhatəli məlumatı əldə etmək, ondan istifadə edə bilmək üçün şərq alimi
eyni zamanda bir çox elm sahələri barədə zəruri bilgiyə malik olmuşdur. Yəni
onlar eyni zamanda fəlsəfə, riyaziyyat, təbabət, biologiya, coğrafiya,
iqtisadiyyat, astronomiya, estetika, əxlaq, musiqi və s. elmlərin hər biri barədə
müəyyən biliyə malik olmuşlar ki, bu da onlara öz tədqiqatlarını əhatəli şəkildə
aparmağa kömək etmişdir. Qərb alimləri
isə dünyəvi elmləri şərqdən bir qədər mexaniki şəkildə götürmüşlər. Yəni həqiqi
elmin qaynaqlandığı dini kitabların potensialına, bəsirət amilinə, elmi tətqiqat
obyektinə əhatəli yanaşma zərurətinə əhəmiyyət verməmişlər. Dünyəvi elmlərlə məşğul
olmaq üçün ən əsas komponentin yalnız intellekt olduğunu qəbul etmişlər. Qərb
alimlərinin elmdə qazandığı böyük nəaliyyətləri təqdir edərək, təəsüflə qeyd
etmək istərdim ki, əgər onlar öz tədqiqatları zamanı çərq alimlərinin
metodikasından, tədqiqat tərzindən istifadə etsəydilər, indi ortada olan elm
daha əhatəli daha güclü, insanlar üçün daha faydalı ola bilərdi. Dini kitablara
fəlsəfi yöndən yanaşmanın, bəsirətin- mənəvi saflaşmaqla dünya nizamı barədə
elmi ideyalar almanın, bir tərəfə qoyulması elmin arzu olunan istiqamətdə
inkişaf etməsinə ciddi zərbə vurdu.
Tarixi, mənəvi prosesləri dərindən
təhlil etsək, belə bir həqiqətin şahidi olacağıq. Bunu lap tək-tək
adamların misalında da göstərərk, ümuiləşdirmək olar. Hər hansı insanda, ya toplumda həyatın tənzimlənməsi
üçün iki amil mühüm rol oynayır: iman və idrak. İman hansısa bir ideyaya iman gətirməkdir.
Misal üçün hər hansı bir rejimdə, müəyyən bir sektada hansısa ideyaya necə deyərlər, gözüyumulu iman gətirmək olar.
Amma həqiqi mənada imanlı adam dedikdə biz Allahın olmasına şəkk etməyən, dini
bir sistemə iman gətirmiş insanı, toplumu nəzərdə tuturuq. İman gətirmiş adam
artıq ona deyilənləri müzakirə etmədən inanaraq icra edir. Həyat göstərir ki, o
zaman ki, həqiqi imanla idrak yanaşı
olur, o zaman cəmiyyətdə müəyyən bir ahəng yaranır. İdrak imanın yanından çəkildikdə
cəhalət başlayır. İman idrakın yanından geri çəkildikdə isə vəhşilik başlayır. Burada
imanlı dedikdə dərhal din, Allah yolunda
cəhalət dolu ideyalar irəli sürüb terrorizmlə məşğul olanlar nəzərdə tutulmur.
Sözün həqiqi mənasında mədəni, mənəvi zəngin imanlı adamlar nəzərdə tutulur. Şərq alimləri məhz imanla idraki bir yerdə
tutaraq axtarışlar aparmağa üstünlük vermişlər. Şərq dini liderləri,
hökmdarları XII – XIV əsrlrdə idrakı
imanın yanından çəkməklə şərqin suqutuna
səbəb oldular. Qərb alimləri isə iman faktoruna elə də əhəmiyyət verməmişlər.
Avropa cəmiyyətindəki insanlar etik cəhətdən daha mədəni davransalar da belə
indi yer üzündə baş verələr onu sübut edir ki, ümumilikdə qərb elmi insanların,
cəmiyyətin daha da vəhşiləşməsinə şərait
yaradır(3; 22, 118).
XIV əsrdən başlayaraq dünyəvi elmlər yer üzündə əsasən qərb alimlərinin
düşüncəsi, prinsipləri, diktəsi altında getmişdir. Yalnız intelləktə əsaslanan
qərb elmi rasional, praqmatik düşüncəni mütləqləşdirməyə başlamışdır. XVII əsrdə
elmlərin parçalanmağa, biri birindən təcrid olmağa başlamışdır. Biri birindən təcrid
olunmuş bu elm sahələri ümumilikdə kainatın, yer üzünün, insanın, cəmiyyətin
ümumi tələblərini əhatəli şəkildə nəzərə almadan özləri üçün müəyyənləşdirdikləri
obyekt çərçivəsində araşdırmalar aparmışlar. Bu isə bütün bəşəriyyət üçün ciddi faciəvi nəticələr
vermişdir. Misal üçün, Adam Smitdən başlayaraq bütün iqtisadi nəzəriyyələr məhz bu iki
prinsip üzərində qurulur: 1) yer üzünün madii ehtiyyatları, resursları məhduddur
və 2) insanın təlabatı qeyri məhduddur. Əgər bu iki prinsip doğrudursa elə yer
üzü qan çanağına, burulğanına çevrilməyə məhkumdur. Çünki bu prinsiplərə inana
istənilən güclü tərəf bu məhdud olandan ehtiyat üçün özünə daha çox götürməyə
çalışacaq. Təlabatın qeyri- məhdud olduğu düşüncəsi ilə isə o istədikcə yenə də
istəyəcək. Təssüf ki, indiki dövr bu mənzərə ilə xarakterizə olunur. Amma əslində,
elm doğru yolda olsaydı, yer üzünün resurslarının potensialının daha çox açılması
istiqamətində araşdırmalar aparardı- küləyin,
suyun, yerin tıkinin, mikrohissəciklərin və s. enerjisindən daha optimal
istifadə metodlarını tapar, insanın təlabatının
nəfsi tərbiyə metodları ilə yönləndirər, əhali artımının optimal tənzimlənməsi
metodlarını ortaya qoyardı (4, 55). Təəsüf ki, bu baş verməyib. İndi yer üzünün
iqtisadiyyatı bir yaşlı üşağın ixtiyarına verilmiş bir tabaq xörəyin vəziyyətidədir.
O uşaq həmin xörəyi yemek əvəzinə oradan buradan göturərek, qalanını ətrafına dağıdır. Başqa sahələr də elə o vəziyyətdədir.
Fizika elmi insanları nüvə təhlükəsi ilə, biologiya genləri dəyişmiş yemeklerlə,
kimya ekologiyanı çirkləndirməklə, estetika mənəvi aşınmalalarla və s. məşğuldur.
Qərb elmi düşüncə sistemi fəlsəfə elmində də böhran yaradıb. Indi çoxları fəlsəfənin
lazım olub olmaması barədə müzakirə aparır. Hansı ki, əgər hər hansı ailənin
belə yaşam fəlsəfəsi doğru deyilsə o ailə böhranlar yaşayır. Elm doğru yolda
olanda fəlsəfə elminə ehtiyac daha çox artır.
Beləliklə, yer üzünü indi düşdüyü böhranlı vəziyyətdən yalnız və
yalnız döğru prinsiplər əsasında formalaşan elm xilas edə bilər. Amma
doğru prinsiplər əsaında formalşan elm
dedikdə biz ancaq şərq elmini nəzərdə tutmuruq. Şərq elmi öz zəmanəsi üçün
formalaşmışdı və tam yekunlaşmamışdı. Dünyəvi elmin doğru yolda olmasını yalnız
bir meyarla yoxlamaq olar. Bu elm sahəsi inkişaf etdikcə yer üzündə ahəngin
artmasına daha çox kömək edir, yoxsa gərginliyin artmasınamı? Ahəngyol elminin
(2) əsaslandırdığı kimi yalnız bu ahəng
prinsipləri ayrılıqda və ümumilikdə dünyəvi elmlər sahəsində doğru düzəlişlər,
korrektələr etməyə imkan verir. Ahəngə xidmət etməyən elm sahələrinin inkişaf
etdirilməsi doğru deyildir. İndiki
vaxtda elm yalnız o zaman faydalı, daha effektli nəticələr verə bilər ki, son yeddi əsrdə qərb elmi tərəfindən əldə
edilmiş nəticələr şərq elminin inkişaf prinsipləri, ahəng meyarları ilə bir daha
nəzərdən, süzgəcdən keçirilsin. Hər bir elmi sistemdə ahəngə xidmət edən nəzəriyyələr,
metodlar dərhal, daha geniş şəkildə istifadə edilməlidir. Başqa sahələrdə təkmilləşdirmələr
aparılmalıdır. Qeyd etmək lazımdır ki, indi yer üzünü bu burulğandan çıxarmaq
üçün azərbaycan elminin, ümumiyyətlə Orta əsr şərq fəlsəfəsinin olduqca böyük
potensialı vardır. Bir vaxt təsəvvüf fəlsəfəsinin, ədəbiyyat sahəsində yaranan əsərlərin ortaya qoyduğu işıqlı ideyalar indi qərb
elminin təkmilləşdirilmiş metodları ilə
həyata keçirilməlidir. İndiki dövrdə belə mənbələrdən ən önəmli olanlardan biri
dahi Nəsrəddin Tusinin yuxarıda adını çəkdiyimiz “Əxlaqi-Nasiri” əsəridir.
Çünki indiki dövrün ən bəlalı, ən ciddi problemi yəqin ki ilk növbədə
insanlarda təlabat sisteminin düzgün formalaşmaması, dəyərlər yönümünün arzu
olunmayan şəkildə istiqamətlənməsi problemidir. Başqa sözlə desək indiki dövrdə
yer üzünü bu cur burulğana salan əsas məsələlərdən biri nəfs məsələsidir. İnsanın
nəfsi artıqca hərisliyi, qəddarlığı, zülmkarlığı da artır. Min illərdir bütün
müdrik insanlar, peyğəmbərlər, dini kitablar, folklor haray çəkib insanlığa
deyir ki, o cəmiyyətdə ki, maddi təlabat, maddi dəyərlər ön plana keçdi, orada
günü gündən fitnə, fəsad artacaqdır. Əksinə o yerdə ki, maddiyyat günü- gündən
artmaqla mənəviyyatın inkişafı üçün vasitə oldu orada cəmiyyətdəki proseslər
özü-özünə tənzimlənəcəkdir. Belə olduqda cəmiyyətdə bir ahəg effekti yaranır. Amma
təəsüf ki, müasir qərb elmi, qərb fəlsəfi düşüncəsi insanın, cəmiyyətin mahiyyətinə
yalnız rasional baxımdan yanaşaraq “insanın təlabatə qeyri-məhduddur” ideyasını
həqiqət kimi qəbul edərək bütün iqtisadiyyatı, siyasəti, şəxsi həyat tərzini bu
prinsip üzərində qururlar. Doğrudur, qərb elmində mənəviyyatdan, əxlaqdan
geniş-geniş bəhs edilir. Amma, əsasən rasional yöndən. Nəticədə, mənəvi amillərin
formalaşmasında mühüm rol oynayan rasionallıq çərçivəsindən kənar amillər bir tərəfdə
qalır. İnsanın duyğu orqanları ilə duyula bilməyən müxtəlif təlabatları, istəkləri- nəfsi bu günkü qərb
elmində lazımi qədər elmi araşdırma obyektinə çevrilə bilməyib. Bu sahədə
boşluqların ortadan götürülməsinə sağlam düçşüncə ilə orta əsr islam fəlsəfəsindən
istifaə kömək edə bilər. Haqqında danışdığımız kitab bu baxımdan nəfsin tərbiyə
olunması, mənəviyyatın öndə olma mexanizmi sahəsində ən qiymətli tarixi mənbələrin
başında gəlir.
Bu məqalənin əsas məqsədi “Əxlaqı-Nasiri” kitabını ətraflı olaraq təhlil etmək
deyildir. Məqsədimiz, bu kitabın ümumi
prinsipləri əsasında , şərq mədəniyyətinin
süqutu ərəfəsində insanla, cəmiyyətlə
bağlı elmin hansı səviyyədə olduğunu və ondan indiki vaxtda istifadə edilməsinin nə dərəcədə zəruri
olduğunu göstərməkdir. “Əxlaqı-Nasiri”
kitabına sadəcə Tusinin bir uğuru kimi baxmaq düzgün deyildir. Kitab sadəcə
N. Tusinin təxəyyülünün nəticəsi deyildir. O, bu kitabı o zamana qədərki bu səpkili əsərləri ümumiləşdirərək,
özünün elmi idrakının süzgəcindən keçirərək ortaya qoymuşdur. Bu kitab, orta əsr islam fəlsəfəsinin, islam mədəniyyətinin
bir mühüm göstəricisidir. Müəllifin özünün də qeyd etdiyi kimi, kitabın
yazılmasına ilk növbədə böyük ərəb mütəfəkkiri Əbu İbn Misgərvehin “Ət – Təharə”kitabının təsiri
ilə yazılmışdır. Amma, həmin kitabın ideyasından yaradıcı şəkildə istifadə edən
Tusi, o zamana qədər bu sahədə movcud olan əsərləri, fəlsəfi baxışları da
ümumiləşdirərək kitaba daha iki hissə əlavə etmişdir. Beləki, əgər Misgərvehin
kitabı əsasən əxlaqın saflaşdırılmasına həsr edilmişdisə, “Əxlaqı - Nasiri” fərdin əxlaqi saflaşmasını – arzu olunan fərdi
yetişdirməyin məsələnin bir tərəfi olduğunu hiss edərək, kitaba ailənin və cəmiyyətin də formalaşması, fəaliyyəti
prinsiplərini əks etdirən hissələr əlavə etmişdir. Doğrudur, tədqiqatçıların dediyi kimi, o “Evdarlıq qaydaları” adlanan
ikinci hissədə İbn Sinanın “Mənzil(ailə) dolandırmaq qaydaları haqqında risalə”
məqaləsindən, “Ölkədarlıq” adlanan üçüncü hissədə isə Fərabinin “Fazilə
icmaları haqqında mülahizələr” kitabından bəhrələnmişdir. Kitabın yazılmasında
Platonun, Aristotelin, Qəzalinin, Biruninin, Nizamülmülkün və digər şərq
müdriklərinin, “Kəlilə və Diminə”, “Ərdəşir Babəkan”, “Ənuşrəvanın vəsiyyətlıəri”
kimi folklor numunələrindən, digər mənbələrdən
də istifadə edilmişdir. Xüsusi ilə mən Qəzalinin
“Kimyeyi səadət” kitabını(5, 384) qeyd
edərdim. Beləliklə, “ “Əxlaqi-Nasiri” demək olar ki, özündən əvvəlki Yaxın və
Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirlərə yekun vurmuşdur(1, 21)”. Nəticədə,
ortaya “Əxlaqi Nasiri” kimi dünya
elmləri baxımından da olduqca mükəmməl bir kitab çıxmışdır. Bu kitab özünə
oxşar digər mənbələrdən həm də dünyəvi elmlərin, müasir elmin tələbləri baxımından
daha uyğun olması ilə fərlənir.Məhz bunun hesabınadır ki, səkkiz əsrə yaxındır
kitab bütün şərqdə əxlaqi tərbiyə sahəsində ən mükəmməl kitab sayılır və ondan
tədris, təlim prosesində istifadə olunur. Bu dövr ərzində “”Əxlaqi-Nasiri” kimi
ikinci bir orijinal əsərin yaranamsına hələ təsadüf edilmir”(1, 21). Əvvala, kitabın
ortaya cıxması Tusinin hələ gənc yaşlarından necə böyük, əhatəli bir
mütailəyə malik olduğunu, dərin təhlil qabiliyyətini, sistemli yanaşmaq təfəkkürünün
dərinliyini göstərir.
“Əxlaqi-Nasiri”
kitabının ən mühüm məziyyətlərindən biri, birincisi odur ki, kitabın
yazıldığı dövrdə, indi yayılmaqda olan sistem nəzəriyyəsi, sistemli yanaşma
metodları olmadığı bir zamanda o məsələyə olduqca ciddi sistemli düşüncə tərzi
ilə yanaşmışdır. Yəni, bu kitabın əsas qayələrindən biri odur ki, o dövrün əksər
mütəfəkkirlərindən fərqli olaraq, Tusi bu müddəanı irəli sürürdü ki, yalnız fərdin
əxlaqını saflaşdırmaqla iş bitmir. O fərdi əhatə edən mühit yuksək əxlaq
normalarına uyğun olaraq mövcud deyilsə,
fəaliyyətdə deyilsə o zaman arzu olunan məqsədə çatmaq mümkün deyil. Eyni
zamanda o fərdin yetişdiyi, idarə etdiyi ailəni də, fərdin yaşadığı cəmiyyəti də,
ümumiyyətlə bütün yer üzünün yüksək əxlaq
normalarına uyğun olaraq fəaliyyətinə
çalışmaq lazımdır. O, həm məsələni belə qoymuş, həm də öz konsepsiyasının,
yanaşmasının həyata keçməsi üçün konkret, səlist, olduqca ciddi elmi tələblərə
uyğun bir mexanizmi ortaya qoymuşdur. Bu mexanizmi yaratmaqda isə o qədim yunan
alimlərindən öz dövrünə kimi mövcud olan
mühüm mənbələrin hamısından istifadə etmiş, özünün məxsusi yanaşmasını ortaya
qoymuşur. Kitabın yazılmasında Tusinin ən böyük uğuru budur. Yalnız elə bu kitabın yazılması ilə Nəsrəddin
Tusi, müasir sistem nəzəriyyəsi, sosiologiya, sosial psixologiya, sosial idarəetmə,
pedoqogika kimi elmlər üçün olduqca mühüm olan fundamental işlər
görmüşdür. Təəsüf ki, mövcud elmi ədəbiyyatda
Tusinin bu fəaliyyət demək olar ki, araşdırılmamışdır. Bu keyfiyyətlərin bir yerdə olması onu bütün
şərq alimlərinin fövqünə çıxarır, fərqləndirir.
Məhz bu sistemli düşünmə qabiliyyəti hesabana idi ki, o yalnız fərdin əxlaqının
saflaşdırılması ilə iş bitmədiyini dərindən hiss edirdi. Məsələyə daha əhatəli
baxaraq son məqsədi- insanların özlərini səadət içində hiss edə biləcəkləri ədalətli
cəmiyyətin qurulması, yer üzündə əmin amanlıq
ideyasını daha mühüm hesab edib ön plana çəkmişdir. Yalnız bu kontekstdən
fərdin və ailənin necə formalaşdırılmalı olduğunu elmi şəkildə əsaslandırır və
bunun konkret metodlarını göstərirdi. O, yer üzünün ahəng içində yaşaması,
insanların özlərini xoşbəxt hiss etməsi üçün hansısa bir utopik aləmdən
danışmırdı, bunun konkret yollarını göstərirdi.
Doğrudur, kitabdakı bütün mülahizələri mütləqləşdirmək, onlara
doqmatik yanaşmaq olmaz. İndiki vaxtda bir sıra elmi müddəaları dəyişmək, dəqiqləşdirmək
lazımdır. Amma kitab ümumilikdə sosial sistemlərin ahəngdar, məqsədyönlü şəkildə
idarə olunması üçün əvəzsiz metodoloji, nəzəri-praktik bir vasitədir. Bu
kitabdab səmərəli istifadə müasir dövrdə bir sıra elmlərin daha uğurla, daha
düzgün yolda inkişafına, mühüm nəticələr əldə etməsinə mühüm kömək edə bilər.
Çox təəsüf ki, müasir qərb elmi özü
yanlış yolda olduğundan “Əxlaqi Nasiri” əsərinin layiqli qiymətini verə bilmir.
XIII əsrdə yaranmış bu kitaba indinin özündə- XXI əsrdə də çox böyük ehtiyac
vardır. İndiki vaxtda Azərbaycanın özündə bu kitabdan stolustu kitab kimi
istifadə etməyə ehtiyac vardır. Milli
müstəqil dövlətin ən birinci vəzifələrindən biri keyfiyyətli əhali yetişməsinin
qayğısına qalmaqdır. İndi gənclərimizin milli-əxlaqi baxımdan formalaşması üçün
kitabda olduqca mühüm tövsiyyələr vardır. Bu gün, Azərbaycan ailəsində olduqca
gərgin bir vəziyyət yaranmışdır. Bunun da nəticəsində indi cəmiyyətimizdə ailə
zəminində kriminal halların çoxalması, cəmiyyətdə gərginliyin artması müşahidə
olunur. Belə bir zamanda cəmiyyətimizdə
ahəngin yaranması, artması üçün hazırlanmalı olan ciddi elmi Fəaliyyət
Proqramlarının yaranmasında ciddi elmi “Əxlaqi Nasiri” olduqca mühüm köməkci vasitə olmalıdır.
Mərhum Rəhim Sultanovun qeyd etdiyi kimi, “nəfs” anlayışı Tusidə geniş mənada işlənmişdir. O
ontoloji noqteyi nəzərdən çox dərin baxaraq nəfsi hər bir varlığın mahiyyətini
təşkil edən bir kateqoriya kimi götürmüşdür.
Amma, insan nəfsini “nitqi nəfs” deyərək ayırmışdır. Tusi nəfsin
“”varlığını, “cövhəriliyini”, “sadə və bəsitliyini”, “cismi və cismani
olmadığını”, “özünün yalnız özü vasitəsi ilə dərk edilə bilməsini”, “hər şeyə
vasitə olub heç bir hiss orqanı ilə dərk edilə bilməyəcəyini” izah etmişdir”(1,
6; 23). Kitabda müəllifin nəfsin mahiyyətini izah edərək irəli sürdüyü əsas
müddəalar bunlardır: 1) nəfs idarə oluna biləndir- yəni, arzu olunan sahəyə
yönləndirilə biləndir; 2) nəfsi idarə etmək, yönləndirmək vacibdir. Burada söhbət
hər bir fərdin istinasız olaraq tərbiyə oluna bilməsindən, əxlaqının saflaşdıla
bilməsindən söhbət getmir. Kitabda göstərildiyi kimi, müəyyən insanlar var ki,
onlarda artıq həya elə səviyyədədir ki, sırtıqlıq, utanmazlıq yaranmışdır. Belə
adamların tərbiyə olunması mümkün deyildir. Ona görə də cəmiyyət, mühit, ailə
institutları elə fəaliyyətdə olmalıdır ki, belə insanların formalaşmasının
qarşısı alınsın. Mənfi xislətli insanlar belə cəmiyyətin tələbləri qarşısında
özlərini daha ədəbli aparmağa məcbur olsunlar. Bu onların davranışlarında öz əksini
tapsın.
Müəllif ən əvvəl hikmət anlyışına aydınlıq gətirmişdir. O, öz sələflərinə istinad edərək hikmət
anlayışını belə izah etmişdir: “hər şeyi olduğu kimi dərk etməyə, hər işi
lazımi kimi yerinə yetirməyə hikmət dyilir.” Hikmət isə iki yerə bölünür: 1)
elm və 2) əməl(iş)(1, 51). Elm mahiyyəti doğru, düzgün dərk etməyə, əməl isə dərk edilənləri həyata keçirmək qaydasıdır. Bununla
da o nəfs anlayışına da hikmət prinsipləri ilə yanaşmağı- onu olduğu kimi,
mahiyyəti üzrə araşdırmağın, formalaşdırmağın zəruri olduğunu bildirmişdir. Bununla
Tusi nəfsin formalaşdırılmasında elmin köməkliyinin zəruri olduğunu bildirir. Yəni
yalnız elmin köməyi ilə nəfsi düzgün tərbiyə etmək olar. Bu müddəadan çıxış edərək
demək olar ki, yalnız o cəmiyyətlərdə nəfs düzgün tərbiyə oluna bilər ki, orada
nəfsin mahiyyəti, onun formalaşdırılması sahəsindəki elmlər inkişaf etmiş
olsun. Buradan isə bir başa indiki dövrün siyasətinə bir ciddi mesaj var: hər
hansı bir cəmiyyətdə nadanlığın, cəhalətin, terrorizmin və b. k. naqisliklərin
qarşısını almaq üçün ən effektli, düzgün yol həmin cəmiyyətlərdə elmin bu sahələrini
inkişaf etdirmək, ondan səmərəli istifadə etmək lazımdır. O, dərk etmə ilə əməlin
qarşılıqlı vəhdətdə olmasını zəruri sayır, bunu kamillik ücün mühüm şərt olduğunu
deyir. İman gətirdim deyə mövhumatçılıq edib, yalnız ibadətlə məşğul olmağı zərəli
hesab edir. “O biri dünyada əbədi
eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanları ”, az verib çox qazanmaq
istəyən alverçilərə bənzədir.
Kitabın olduqca qiymətli cəhətlərindən biri o zamanki şərq üçün, elə
indi də olduqca mühüm olan belə bir fikirdir ki, insanın özü, özünü tərbiyə etməklə
öz taleyinə təsir edə bilər və o buna borcludur. Uzun müddət, elə indinin özündə
də tənbəl, nadan insanların bir çoxu cəhalət içərisində deyirlər ki “hər şey
Allahın əlindədir!”. Əslində isə bu fikrin tərəfdarları özləri özlərini nə qədər
dindar adlandırsalar da Qurani- Kərimin mahiyyətini başa düşməyən insanlardır.
Axı islamın müqəddəs kitabi elə ikinci- Əl Bəqarə surəsindən başlayaraq axıra qədər
hər zaman insanları haqq, ədalət yolunda fəaliyyətə, əmələ səsləyir. Amma dini
kitablar bunu ümumi olaraq, prinsip olaraq edir. Nəsrəddin Tusi kimi alimlər isə
bu çağrışa əməl etmək üçün hansı praktik işlərin görülməsinin vacib olduğunu və
bunu necə etməyi öyrədir. “Əxlaqi Nasiri”
inin elə ən böyük dəyəri dini kitabın hökmünü, tələbini həyata keçirməyin
hansı yollarla mümkün olması mexanizmini göstərməkdir. Yoxsa, uzun müddət dini
kitablar avazla, hansı şəkildə oxunsa da, səhərdan axşama namaz qılınıb, ibadətlər
edilsə də, cəmiyyəti arzu olunan hala gətirmək olmaz. Bu mümkün olsaydı hər bir
peyğəmbər, yaxud müdrik insanlar çox böyük nəticəyə nail olardı. Bu ona bənzəyir
ki, həkim insanlara sağlam olmaq üçün idmanla məşğul olmağın nə dərəcədə gözəl
bir şey olduğunu danışır. Ümumi prinsipləri deyir. Bundan sonra bu idmanın necə
edilməli olduğu barədə tövsiyyələrlə tanış olmayan adam lazımi nəticə ala bilməz.
“Əxlaqi Nasiri” də əslində Quranı- Kərimin ümumi şəkildə, obrazlarla, kodlarla
dediyindən artıq heç nə demir ki. Sadəcə olaraq o deyilənləri həyata keçirmək
üçün nələrin edilməsinin zəruri olduğunu deyir. Başqa sözlə desək, insanlar
Allah yolunda yaşamağın mexanizmini göstərir. Bu mənada bu kitab həm də islamın
potensialını açır. “Bütün əsər boyu əmək, fəaliyyət, hərəkət, işgüzarlıq təbliğ
edən Tusi “səadətin” yalnız şüurlu zəhmət nəticəsində mümkün olacağını elmi dəlillərlə
əsaslandırır”.
Göründüyü kimi Tusi “fərd-ailə-cəmiyyət” sxemi üzrə hər bir fərdin
ayrı ayrılıqda arzu olunan şəkildə formalaşması üçün nələri etməyin vacib
olduğunu göstərməklə, onun ailədə, cəmiyyətdə də nələri etməyə məsul, borclu
olduğunu öyrədir. Fərd, vətəndaş bu sxem üzrə ,Tusi tövsiyyələri ilə yetişərsə
o zaman hər bir cəmiyyət, hər bir ailə daha maraqlı, qalma-qalsız olar. Fərdin
özü daha məsud bir həyat yaşayaraq həyatdan daha məmnun olar. Çox maraqlıdır
ki, müasir Ordubad mədəniyyətinin kökündə, orada yaşayan Tusi tayfasanın təsiri
ilə həmin bu model mühüm rol
oynamışdır. Məhz elə bunun hesabınadır
ki, son illərə qədər Ordubad əhalisi öz fərdi xüsusiyyətləri, ailədə, cəməyyətdəki
davranışları ilə məxsusi olaraq fərqlənmiş, yaxşı mənada seçilmişlər. Elə bunu
özü “Əxlaqi - Nasirinin” əməli tətbiqinin
nəticəsi olaraq da qəbul edilə bilər.
İstifadə olunmuş ədəbiyyat:
1.
1. Nəsrəddin Tusi, Əxlaqi- Nasiri, İİR, “Kişe mehr”, 2002, 356 s.Xacə
Nəsirəddin Tusi, “Əxlaqi-Nasiri”, Bakı, “Lider” , 2005, 280 səh.;
4. H. Baş. Milli iqtisadi model. Bakı, BDU, 2005
|