Zəlimxan Yaqubdan xəbər var
14.10.14
Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermir.
Azərbaycanın xalq şairi Zəlimxan Yaqub uzun müddətdir ki, xəstəliyinə görə efirlərdə və ictimaiyyətdə görünmür.
Şair açıqlamasında səhhəti barədə danışıb.
“Səhhətim nisbətən normaldır. Müalicələri davam etdirirəm. Yarım ay sonra müayinə üçün yenə də Almaniyaya gedəcəm. Həkimlər böyrək transplantasiyası ilə bağlı heç bir məlumat vermir”, - deyə Zəlimxan Yaqub bildirib.
Qeyd edək ki, xalq şairi böyrək çatışmazlığı və xərçəngdən əziyyət çəkir. Şair 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib və hər iki böyrəyi çıxarılıb. Həmin vaxtdan sonra daim həkim nəzarətində olan şair mütəmadi olaraq dializə gedir. Sonradan elə Almaniyada ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. /Anspress/
|