Tərcümə Mərkəzinin qəzeti nəşr olunacaq -“AYDIN YOL”
14.10.14
“Aydın yol” qəzetinin ilk nömrəsi yaxın günlərdə işıq üzü görəcək.
Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseynin verdiyi məlumata görə “Aydın yol” qəzeti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanıdır. “Aydın yol” – Azərbaycan və dünya ədəbiyyatında gedən prosesləri izləyən, tanınmış ədəbi simaların həyat və yaradıcılığını, Azərbaycan dilinin müxtəlif norma və qaydalarına uyğun şəkildə işlədilməsi proseslərini işıqlandıran həftəlik ədəbi-ictimai qəzetdir. Bundan başqa qəzetdə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, habelə, dil və tərcüməyə müraciət edilən digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətinin təhlilinə, efir, dublyaj, reklam, küçə lövhələri və digər bu kimi ictimai-kütləvi sahələrdə baş verən dil və tərcümə pozuntusu hallarına və digər əlaqədar materiallar yer alacaq.
|