“Qanun Nəşriyyatı” MMC-nin rəhbəri Şahbaz Xuduoğlu Frankfurtda kitab yarmarkasında dünya şöhrətli yazar Paulo Koelyo ilə görüşüb. Bu barədə naşir Feysbuk sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Şahbaz Xuduoğlu Paulo Koelyo ilə fotolarını paylaşaraq bu sözləri yazıb: “Bu il Frankfurt Kitab Yarmarkasının fəxri qonağı Paulo Koelyo idi. “Azərbaycandan olan naşirinizəm”, - dedim, o da “Azərbaycandan, hə, nə yaxşı”, - dedi. 160 milyon kitabı satılan bir müəllifin naşiri olaraq istədim şəkillərimizi oxucularımız üçün paylaşım”.