Regionda yaradılan kitab klubunun köməyə ehtiyyacı var.Klub üzvlərinin kitab və maddi bazasının mövcud olmaması səbəbindən hazırda müzakirə materialları yox səviyyəsindədir. “Qusar Kitab Klubu” üzvləri ölkədə fəaliyyət göstərən nəşriyyat və kitab dükanlarından üzvlərin fəaliyyətinə dəstək verməyi xahiş edir.
Bizə dəstək olacaq mağaza və ya nəşriyyatdan klub üzvlərinə ilk müzakirə üçün minimum 7 ədəd kitab (eyni kitabdan) verməsini təklif edirik. Növbəti müzakirələrdə isə üzvlər müzakirə üçün seçəcəyi kitabı həmin ünvandan endirimli qiymətə almağı planlaşdırır.
Kitablar klub üzvlərinin ümumi istəyinə uyğun, kitab mağazasının təqdim etdiyi siyahıdan seçiləcək.
Müzakirə zamanı çəkilən fotolar və müzakirə haqqında mətn dəstək olacaq sturukturun e-ünvanına göndəriləcək, eyni zamanda bu barədə bir neçə saytda mütəmadi məlumat yerləşdiriləcək.
Bunula bərabər müzakirə haqqında videomaterial hazırlanacaq. Bütün materiallarda kitab təminatını həyata keçirən tərəfin adı vurğulanacaq. Müzakirə zamanı fonda təminatçıya məxsus stand (lövhə) yerləşdiriləcək.
“Qusar Kitab Klubu” üzvləri ona dəstək olacaq şəbəkənin istənilən regional layhələrində təmənnasız iştirak etməyə hazırdır.
“Qusar Kitab Klubu” 2014-cü ildə yaradılıb. Məqsəd rayonda kreativ, mütaliəli gəncləri bir araya toplayıb ədəbiyyat və mədəniyyət sahəsində müxtəlif mövzuların birgə müzakirəsini həyata keçirərmək, gənclərin fərdi inkişaflarını stimullaşdırmaqdır. Bu mühit kluba qatılan yeniyetmələrin nəinki zərərli vərdişlərdən uzaq olmasına, eyni zamanda onların uğurlu fərd kim formalaşmasına da müsbət təsir edəcək. Klubun hazırda 10-dan yuxarı fəal, kitabsevər üzvü var.
“Qusar Kitab Klubu”nun fəaliyyət istiqaməti:
Klubun əsas fəaliyyəti adından bəlli olduğu kimi kitab müzakirələri üzərində qurulub. Əvvəlcədən seçilmiş “hədəf kitab” üzvlərə təqdim olunur. Onlara bu kitabın oxunması üçün 28 gün vaxt verilir. Kitabın mütaliəsi bitdikdən sonra klub üzvləri bəlli məkana toplaşaraq əsərin onlarda yaratdığı təəssüratı bölüşür. Bütün üzvlərin fikirləri bitdikdən sonra müzakirə debat formatına keçir. Klub üzvləri arasında maraqlı yanaşma sərgiləyən fərdin fikirləri müzakirəya çıxarılır. Beləliklə söhbət qarşılıqlı fikirlər müstəvisində davam edir. Müzakirə zamanı müxtəlif fikirlərin söylənməsi, qarşılıqlı müzakirə həm üzvlərin kitab haqqında düşüncələrininj kompleksləşməsinə, eyni zamanda nitq, fikir yürütmə, qərar vermə kimi keyfiyyətlərinin səlistləşməsinə təkan verir.
“Qusar Kitab Klubu”nun müzakirələri Qusar “Gənclər Evi”ndə aparılacaq. Klubun müzakirələrinə Qusarla bərabər regiounun digər rayonlarından və paytaxtdan da, gənc yazarlar, ədəbiyyatsevərlər qatılacaq.
Klub çərçivəsində kitab müzakirələri ilə yanaşı müxtəlif ədəbi mövzular və film müzakirələri də həyata keçiriləcək. Növbəti mərhələlərdə klub üzvləri bədii-mədəni tədbirlərin, kreativ layihərin həyata keçirilməsində də fəal iştirak edəcək.
[email protected]Təsisçilər: Günay Kamilqızı, Sərdar Amin.