“National Book Awards”-un qısa onluğu məlum oldu
08.10.14
Britaniyanın “2014 National Book Awards” mükafatına namizədliyi irəli sürülmüş romanlar arasında onluğa düşən və oktyabrın 15-nə kimi münsiflər tərəfindən yenidən dəyərləndirilib, fondun saytındakı səsvermələrə görə qalib seçiləcək romanların siyahısı açıqlanıb.
Müəlliflər arasında adı siyahıya ilk dəfə düşənlərlə yanaşı, artıq ikinci və üçüncü dəfə son siyahıda yer alanlar da var. Qeyd edək ki, dörd nominasiya – gənclər üçün ədəbiyyat, poeziya, qeyri-bədii ədəbiyyat və roman üzrə aparılan mükafatda namizədlərin dəyərləndirilməsi ayın oktyabrın 15-nə kimi aparılsa da, qaliblərin mükafatlandırılması noyabr ayının 19-da baş tutacaq. Fondun saytında verilən məlumata görə, mükafat mərasiminin təşkilatçısı isə Daniel Handlerdir. Beləliklə, mükafat uğrunda mübarizənin sonuna qalan 10 roman.
Rabih Alameddin - “Lazımsız qadın” (“An unnecessary woman”) Molli Antopol – “Qeyri-amerikanlar” (“The UnAmericans”) Con Darniel – “Ağdərili qurd” (“Wolf in White Van”) Antoni Doer – “Görmədiyimiz işıqlar” (“All the light we cannot see”) Fil Klay – “Yerləşdirmə” (“Redeployment”) Emili Con Mandel – “11-ci stansiya” (“Station Eleven”) Elizabet MakKraken – “Təəccübləndirən hekayələr” (“Thunderstruck and other stories”) Riçard Pavers – “Orfeo” Merilin Robinson – “Lila” Ceyn Smayli – “Bəzən sadəcə şans” (“Some luck”) /kaspi.az/
|