“Anamın kitabı” Ədəbi Mükafatı təqdim ediləcək
08.10.14

17 oktyabr saat 16: 00-da Dövlət Gənc Tamaşaçılar Teatrında filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Layihənin rəhbəri yazıçı Müşfiq XANın bildirdiyinə görə, sentyabr ayı dərs ilinin əvvəlinə düşdüyü üçün təqdimat mərasimi bir qədər gecikib:

“AMEA-nın vitse-perezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin münsiflər heyətinin sədri vəzifəsini öz üzərinə götürərək layihəyə verdiyi mənəvi dəstək layihənin vacibliyini və önəmini artırdı.

Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılıb. İyunun 15-ə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi 72 balla Sevinc El Sevər olub. İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla və Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova və Natəvan Mikayılova yer alıb. Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə “Anamın Kitabı” Fəxri Mükafatına, İlqar Fəhmi və Azad Qaradərəli isə müsabiqənin fəxri diplomlarına layiq görülüb.”

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə 1000 manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq. I yerin qalibinin pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Bundan əlavə onluğa düşən bütün əsərlər toplu şəklində nəşr ediləcək. Sentyabrda baş tutacaq mükafatlandırma mərasimində qonaqlara və müsabiqə iştirakçılarına eyni zamanda Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin “Anamın Kitabı”  adlı kitabı hədiyyə olunacaq.

Cəlil

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.