Vaqif Səmədoğlunun yeni şeiri - Bir az yatmaq istəyirəm...
04.10.14
İlahi, Yatağın nə sağında Nə solunda, Nə bir gözəlin qolunda Yatmaq istəmirəm.
İlahi, Nə söyüd kölgəsində, Nə dünyanın ən azad ölkəsində Yatmaq istəmirəm.
İlahi, Dar quyu dibində, Qaranlıq nəm içində, İşıqlı qəm içində, Ağrısız Bir az yatmaq istəyirəm...
4 oktyabr, 2014, Bakı
|