Əliağa Kürçaylı - İndi mənim əlimə dəyməz sənin əllərin
03.10.14
Avanqrad.net şair Əliağa Kürçaylının "Yadına düşürəmmi?" şeirini təqdim edir.
Qaldı arxada artıq ömrün xöşbəxt illəri, İndi mənim əlimə dəyməz sənin əllərin. Söylə hərdən əsəndə soyuq payız yelləri, Dağılanda üzünə o pərişan tellərin, Deyirsənmi olaydıq eşqin gənclik yazında? Heç olmasa xəyalın dumanlı aynasında Səninlə bir anlığa gəlıb görüşürəmmi? Yadına düşürəmmi?
Səadət fürsətini qaçırtdıq sən də, mən də, Onu köhlən at kimi salmalıydıq kəməndə, Hərdən sevda yolunu azıb dumanda, çəndə, Sənə ümid verəcək bir işıq görməyəndə Bələdçi olurammı cığırlar arasında? Heç olmasa xəyalın dumanlı aynasında Səninlə bir anlığa gəlıb görüşürəmmi? Yadına düşürəmmi?
Gəl indi xatırlayaq bütün olanları biz, Özümüz yazmalıykən hökmü biz, qərarı biz, Taleyin əllərinə verdik ixtiyarı biz, Günah kimdədir görən? Mən bilmirəm! Barı biz Bir nişanə qoymadıq xatirə dünyasında. Heç olmasa xəyalın dumanlı aynasında Səninlə bir anlığa gəlib görüşürəmmi? Yadına düşürəmmi?
/Oxu zalı/
|