Niyazi Mehdi - İblisanə güclərin təzahürü
03.10.14

Froyddan və Yunqdan bir-iki kəlmə  


Şəxsiyyətin psixoloji portreti  

Ziqmund Froyd özünün psixoanalizində, Karl Qustav Yunq özünün analitik psixologiyasında şəxsiyyətin iç sistemində düşünüş, özünübilmə bölgəsi ilə (yəni bilinclə, şüurla) düşünüşsüzlük (bilincsizlik), bilincaltı (şüuraltı) bölgələr arasındakı ilişgilərə böyük fikir vermişdilər. Bu sadalananlar baxımından insanı ayrı-ayrı tiplərə bölmək olar. İnsan var ki, onun özünü bilməsi yaşamında aparıcı olur. İnsan var ki, bilinci bilincsizliyinin, bilincaltının əsir-yesiridir. Belə adamlar nevrotik tiplərdir. İnsan da var ki, iç varlığının hər üç bölgəsini uyarlıqda saxlayır.

Güman ki, eyni prinsiplə sənət əsərlərini də bölgülərdirmək olar. Əsər var ki, onu şüur, bilmə aydınlığı xarakterizə edir. Əsər var ki, nevrotik tip təsiri bağışlayır (surrealizmi, absurd teatrı, postmoderni yada salmaq olar). Əsər də var ki, hər iki tipin uyarlığında özünü qurur.  

Yuxular, şizovrenik psixoloji ilə miflərin yaxınlığı  

Froyd və Yunq çox ilginc bir nəsnəni üzə çıxartmışdılar. Nevroza tutulmuş adamların, bir də şizofreniklərin təsəvvürlərində əski miflərlə rituallar üçün xarakterik olan görklər (obrazlar), strukturlar özlərini bol-bol göstərir. Bütün bunlar həm də insan yuxularında durmadan peyda olur. Özü də belənçi durum, təkcə mifləri bilənlər üçün deyil, bilməyənlər üçün də xarakterikdir.

Bu psixoloji olayı Yunq «proyeksiya» anlayışı ilə açıqlayır. Onun fikrincə, miflər heç də təbiət olaylarını alleqoriyaya çevirməkdən, yəni hansı mənaları isə bildirən nişanlara, işarələrə çevirməkdən yaranmayıb. Əski insan özü də bilmədən (yəni bilincsiz, şüursuz olaraq) psixi dünyasındakıları təbiət olaylarının üstünə proyeksiya edirdi ki, bu olaylar «ekranında» onlara tamaşa etsin. Beləcə, miflər əski insanın bilincsizliyinin dünyadakı olaylara proyeksiyasından yaranır. İnsan, tutalım, günəşin doğub batmasını öz psixikasına mənimsətmək üçün bu ritmik prosesi tanrıların, ərənlərin taleyi ilə bağlamışdı. Tanrı, ilahi qəhrəman görklərinin kökü isə, Yunqa görə, insanın psixikasının bilincsiz qatlarına gedib çıxır. Ayın fazalarında, yağış mövsümlərində ritmik təkrarlarda əski insan özünün bilincsiz dünyasının dramasını, yəni toqquşma və uyuşmazlıqlardan törəyən gərginliklərini izləyirdi.

Yunqun nəticəsi. İnsanın iç dünyasının bilincsiz bölgəsi həm miflərin, həm də yuxuların qaynağıdır, ona görə də hər ikisi eyni başlanğıcdan oxşar obraz və simvolları alırlar. Təxminən, eyni ideyalar Yunqdan qabaq Froyd tərəfindən irəli sürülmüşdü. Ancaq Yunqun müəllimi miflərin və yuxuların vahid qaynağı kimi insandakı bilincsiliyi yox, bilincalını götürürdü.

Bu ideyalarda düzü və əyrini üzə çıxarmaq psixologiya və fəlsəfənin işidir. Hər halda indiki çağda elmdə nəsə tənqidi işlər aparılmışdır. Araşdırıcılar boyunlarına alırlar ki, tutalım, Yunqun «arxetip» anlayışını mistik örtükdən çıxarsan, doğrudan da, onun vasitəsi ilə incəsənətin bəzi dərində gizlənmiş strukturlarını tutmaq olar.  

Arxetiplər Yunqa haradan gəlibmiş  

Yunq arxetip anlayışını Platondan yaman təsirlənmiş İskəndəriyyəli Filondan götürmüşdü və onu belə açırdı: insan psixikasında elə ilkin biçimlər var ki, boş strukturu, formanı andırır. İnsan özü onları bilmir. Ancaq bu arxetiplər əzəli strukturlar kimi insanın gördüklərinə, bildiklərinə əlini qoyur. İnsan özü də bilmədən ürcahına çıxan olayları, nəsnələri arxetiplər biçiminə düşəndə anlayır, dəyərləndirir, onlara reaksiya verir. Yunq belə arxetiplərdən birini “Kölgə” adlandırırdı. Kölgə insan “Mən”ində “Anti-Mən”dir. İnsan irsən vəhşi təbiətlə bağlı elə nəsnələr alır ki, sonra şüurun, əxlaqın təsiri ilə onların qorxuncluğunu görüb bilincindən onları sıxışdıraraq çıxarır. Bu sıxışdırılıb çıxarılanlar bilincsizlikdəki Kölgə arxetipinə yığılırlar. Beləliklə, Kölgə psixi dünyanın İblisanə güclərinin təzahürüdür. Adamın içində cinayətkar, saldırqan (təcavükar) başlanğıcdır.

Sonda deməliyəm ki, hamıda bədii əsərlərdən ilginc və ağıllı danışmaq problemi var. Bax, bu problemi Froyd və Yunq Edip kompleksi, arxetiplər sayəsində çözə bilmişlər.   /kult.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.