Həyatın süjeti yoxdur - gənc yazarlara məsləhət
02.10.14

Şair, yazıçı, ədəbi tənqidçi Denis Kuper 1953-cü ildə Kaliforniyada anadan olub. “İzim” (“My Mark”), “Təhlükəsiz” (“Safe”), “Yanlış” (“Wrong”), “Eybəcər” (“Ugly man”), “İtkin” (“Missing men”), “Zəif” (“The Weaklings”) kimi hekayə və şeir toplularının müəllifi olan yazarın gənc yazarlara və həvəskarlara verdiyi məsləhətləri təqdim edirik.

Bu yaxınlarda yaradıcı yazarlıq kurslarında işləyən dostumla görüşdüm. Əvvəlcə onu deyim ki, o, məqalələrini və üslubunu çox bəyəndiyim publisistdir. Həmin kursda “hekayə yazmaq” proqramında dərs deyən dostumdan gənc yazarlara, həvəskarlara nə öyrətdiklərini soruşdum. Bu kurslarda tələbələrə mənim texniki məsləhət dediyim qaydalar toplusu təqdim olunur və onlara riayət etməklə hekayələr yazmaq tapşırılır. Məsələn, bu qaydalardan biri sevgi üzərinə yazılmış hekayənin üçbucaq olması ilə bağlıdır. Yəni süjet elə qurulmalıdır ki, qəhrəman kimisə sevir, ona ülvi hislərlə bağlanıb, amma onun sevdiyi şəxs tamamilə hislərində yanılaraq üçüncü şəxsi sevir. Bu üç tərəf arasındakı əlaqə, münasibət kimi şeylərin təyinatı və irəliləməsi isə gənc yazarın, tələbənin öhdəsinə buraxılır. Yaxud da detektiv hekayə yazmaq öyrədilirsə, yaxşı detektiv hekayə üçün belə şərt qoyulur – araşdırmaçı cinayəti açmağa çalışır, amma onun keçmiş həyatından qalmış nəsə axtarışın istiqamətini yanlış yönə aparmalıdır. Sonra belə qayda öyrədirlər ki, hekayənin və ya romanın əvvəlində dialoq istifadə etmək olmaz.

Bu şərtlərin hamısının bir sürü cəfəngiyyat olmaqla qalmayıb, həm də gənc yazarın yaradıcı təxəyyülünə dağıdıcı zərbə vurduğunu da deməyimə ehtiyac varmı? Məsələ ondadır ki, bizim yaxşı publisist, ədəbi redaktor, yazar, tənqidçi dediyimiz adamların əksəriyyəti yazar olmaq üçün həmin kurslara cəlb olunan həvəskarlara məhz bu qaydaları diktə edirlər. Bir müddət əvvəl mən də oxucularımla görüşlər təşkil edirdim, sual-cavab zamanı məlum olurdu ki, aralarında həvəskarlar, yazar olmaq istəyənlər çoxdur. Mən də əlimdən gələn qədər onlara məsləhətlər verirdim, qaydalar yox. Bu qaydalarla tanış olduqdan sonra gənc yazarlara verəcəyim məsləhətlərdən biri də artdı – qaydaları sorğulayın, müqayisə edin, dünyanın tanınmış ədiblərinin əsərləri ilə qarşılaşdırın, görün qayda dedikləriniz klassik sayılan əsərlərdə nə qədər tətbiq olunur?!
-    Sevdiyiniz musiqinin, rəsmin, filmin, hekayənin, şeirin məzmununu, formasını, üslubunu və strukturunu öyrənməyə, öz-özlüyünüzdə analiz etməyə çalışın. Sadəcə dinləyib, baxıb keçməyin. Niyə sevdiyiniz şeylər sizin üçün bu qədər məxsusidir? Bu suala cavab axtarın. Sevdiyiniz şeyləri birləşdirən ortaq cəhət nədir? Bu iki sualın cavabını tapa bilsəniz, yazmağa başlaya bilərsiniz. Çünki yazıçı özü üçün dəyər və keyfiyyət standartlarını təyin etməyi bacarmalıdır.

-    Hekayə dərmandır, oxucu isə ondan mütəmadi istifadə etmək istəyən aludəçi. Bu dərmanın kimyagəri yazıçıdır, o oxucuya lazım olan maddənin məhz hansı miqdarda olmalı olduğunu bilməlidir. Artıq yazılmış, mövcud olan nəyinsə üzərində yeni şey qurmağa çalışmayın, qurduğunuz hər şey kökündə dayanan ideyaya, tərzə, üsluba oxşayacaq və başqasının əsəri olacaq.

-    Obrazlar real insanlar, həyati qəhrəmanlar deyil. Onlar sadəcə sizə tanış olan insan adları ilə bəzədilir.

-    Həyatın süjeti yoxdur. O əsla sənə gözlədiyini, vəd olunanı və ya istədiyini gətirmir, ya da səni ona çatdırmır. Həyat hətta vacib və ya dramatik hadisə baş verməsə belə, maraqlıdır. Özünüzün və ətrafınızdakıların həyatını daha diqqətlə izləyin, anoloji hallarda fərqli davranan insanların necə nəticə əldə etdiklərini öyrənin. Hər insanın fərqli həyat forması, yaşam biçimi olduğunu əsla unutmayın. Tanıdığınız hər insan bir hekayə deməkdir. Özünüzün və ya başqasının həyatını qələmə almağınızın fərqi yoxdur, ixtiyarınıza verilmiş həyatın özünəməxsus tərəfləri ilə adil davranın, onu təxəyyülünüzlə korlamayın.

-  Əgər hörmət etdiyiniz və fikirlərini önəmsədiyiniz kimsə sizə istedadlı olduğunuzu deyirsə, bunu tam səmimiyyətlə qəbul edin. Çünki “istedadlı” elə sifətdir ki, onu ən çox yalan danışan adam da yalan tərif kimi işlətmir. Üstəlik özünüz də ətrafınızdakı istedadları görməyə çalışın, istedadı duya bilən insanın zehni aydındır.

-    Nə yazırsınız, yazın, hər cümləyə eyni həssaslıqla, hər hissəyə eyni ciddiyyətlə yanaşın. Hər cümlənin möhtəşəm arxitektura nümunəsinin incə detalı olduğunu yaddan çıxarmayın. Yazdığınız hər cümlədən oxucu nəsə almalıdır, ya da o cümlə nəsə gizləməlidir.

-    Əgər yazıçı olmaq üçün kitabxanalar kimi təmənnasız kömək təklif edən yerlər varsa, mən gənc yazarın yerinə olsam, yaradıcı yazarlıq kursuna getmərəm.

-    Əsla və əsla ədəbi gücünüzə inamı itirməyin. Mən təzə-təzə yazmağa başlayanda yazar dostlarımın çoxunu məndən daha çox tərifləyir, onları uğurlu ədəbi karyeraya inandırırdılar, amma onların heç biri hələ də nəşr edilə bilməyiblər. İlk on il ərzində jurnal və qəzetlərə təqdim etdiyim yazıların 95%-i xırda həvəsləndirici söz belə deyilmədən rədd edilib. “Grove Press”-dən əvvəl 27 nəşriyyat ilk romanım “Doğma”-nın (“Closer”) çapından imtina etmişdi. Amma indi durduğum yerdən arxaya baxanda başa düşürəm ki, əldə etdiklərimin çoxunu səbrə və əzmə borcluyam. /kaspi.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.