Kamal Abdulla brazilyalı qonaqlarla görüşüb
02.10.14

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Braziliyanın xarici işlər nazirinin müavini Hadil Fontes Da Roşa Vianna və bu ölkənin Bakıdakı səfiri Santiaqo Luis Bento Fernandez Alkazar ilə görüşüb.

Kamal Abdullayev görüşdə Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən milli azlıqlara, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan, həmçinin bu sahə üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasından ətraflı söhbət açıb.

Dövlət müşaviri Azərbaycan ilə Braziliya arasında multikulturalizm baxımından gələcəkdə əməkdaşlığın qurulması üçün hər iki ölkədə olan etnik müxtəlifliyin böyük əhəmiyyət daşıdığını bildirib, bu sahədə müsbət təcrübənin mübadiləsinə ehtiyac olduğunu deyib. Kamal Abdullayev ölkəmizin müharibə şəraitində olduğunu, bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından didərgin düşdüyünü, lakin buna baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində sülhpərvər mövqe tutduğunu söyləyib.

Kamal Abdullayev Prezident İlham Əliyevin “Neft kapitalının insan kapitalına çevrilməsi” ideyasından, Heydər Əliyev Fondunun dünyanın bir sıra ölkələrində həyata keçirdiyi xeyiryyəçilik fəaliyyətindən ətraflı danışıb.

Braziliyanın xarici işlər nazirinin müavini Hadil Fontes Da Roşa Vianna Azərbaycanda milli, dini və etnik baxımdan yüksək səviyyədə qorunan sabitliyi xüsusi dəyərləndirib. O bildirib ki, Azərbaycanın bu sahədə əldə etdiyi müsbət təcrübə Braziliya üçün çox gözəl nümunədir. Nazir müavini IV Bakı Beynəlxalq Humanitar Forumunda da çıxışını əsasən bu istiqamətdə quracağını, milli və dini məsələdə Azərbaycanın əldə etdiyi uğurlardan danışacağını bildirib. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə inandığını deyən qonaq Azərbaycanın xarici siyasətindəki mədəniyyət amilinin bu problemin həllinə müsbət təsiri olacağına əminliyini ifadə edib.

Söhbət zamanı Braziliyanın və Azərbaycanın elm, təhsil, mədəniyyət adamlarının gələcək əməkdaşlığı mövzusunda da fikir mübadiləsi aparılıb. /AzərTAc/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.