Xanəmir - "Nobel" mükafatının ədəbiyyatda yeri
29.09.14
Şərin müdafiəsini manifestləşdirmiş masonluq açıq gözləri oyaraq, vuran ürəklərin başına qurşun sıxaraq, yol tutan ayaqları əlil edərək yeni dünya düzəninin təməl fəlsəfəsini oluşdurur. Masonluq bir dünyada yaşayan yazarlar, şairlər, incəsənət aləmi üçün başqa bir gerçəklər və işin içində başqa işlər papağının dalını qaldırır. Bu işlərin sulanmış sirrinə vaqif olmaq üçün bir az iynəynən gor eşərək irəliki tarixə azacıq da olsa, nazilərək nəzər salaq. Sovet dövləti kimi mühafizəkar və dünyaya daş çıxardacaq bir yapıya sahib ölkənin ideolojisinin alt təməlində ədəbiyyata, incəsənətə yönəlik məqsədyönlü bir siyasət mürdəşirliyindən əl çəkmirdi. Özü də insanların sitəmindən sərmayə biriktirən bu siyasətin həyata keçirilməsi qaçınılmaz şərtlərlə əhatə olunurdu. Əks təqdirdə istənilənlər əldə oluna bilməzdi.
Metafizik mədəniyyətləri murdarlayan masonlar soysuz-sopsuz sovet hökumətini, o cümlədən, dinin həmişə gözlərinin ağına-qarasına mürdəşir şəklində görsənən materialistləri sevmir və qəbul etmirdilər. Onların düşüncələrinə görə, sibirlərdən başlayan sovetlər birliyi yıxılarsa, onların önləri açılar, digər qlobal hesab etdikləri gizli şər poliqonlarında proyektləri həyata keçirmək imkanları rahatlaşar. Ən azından ona görə ki, sovetlərdə yaşayan yəhudi əsilli alim, yazar, ziyalı, və ümumən aktiv, kamil insan resursu daha çox idi. İnsan səadətini sənətdə, ədəbiyyatda, incəsənətdə süstləyib obrazlaşdıran sovetlər dağıldıqdan sonra isə o insan potensialından istifadə eləmək təbii üsulla baş verəcəkdi. Çünki istənilən ideyaya sahib olan yəhərli-yüyənli yəhudi öncə yəhudidir, Yerusəlimə yerikləyən yəhudidir, öncə mason anlayışının tərəfdarıdır.
Masonlar abstrakt, abstraksionizm, avanqard, modern ədəbiyyatı, əsərləri, sənət nümunələrini dəhşətli dərəcədə qəbul edirlər. Masonlar şərə dirəniş göstərən dini sərxoşlanıb sevmirlər. İddialarına görə, insanlığı sonucda vulqarlığa sürükləyən bütün dinlərin birarada olduğu, qaynayıb qarışdığı vahid din anlayışını daha çox təqdir edirlər. Ancaq özlərində İlahi dəvətə könül verən, tarixi nümunə göstərə biləcəyin dindən əsər-əlamət tapa bilməzsən, daha çox düşüncələri, fikirləri, ideyalarını qəbul etmədikləri materialistlərdən heç də fərqlənmirlər. Onlar daha yaxşı bilirlər ki, mübarizə apardıqları gücə qarşı, eyni güclə çıxmaq əsas oyun qaydalarından sayılması gərəkir. Məsələn, sovet dövləti ədəbiyyatda, incəsənətdə ən çox realizmi və romantizmi təqdir, təbliğ edirdi. Aysberqi xatırladan abstrakt sənətə qarşı militancasına mübarizə aparırdı. Sənətdəki avamlığı dışlayan avanqard meyilləri birmənalı olaraq qəbul etmirdi. Stalin hakimiyyətdə olduğu dövrdə bu işin peşini buraxmaz, zamanında uyğuladığı siyasi kursu partiya və dövlətin ideoloji təməlinin möhkəmlənməsi naminə hər türlü addımı atmaq üçün kütləvi qırğın planını işə salar. Bu barədə Stalinin hakimiyyət uğrundakı uzaqgörənliyini qəbul etməmək mümkün deyil. Dövlətlə, sistemlə bir əsəri, mətni təhlil etmək düzgün kurala sığmır. Bir dövlətin təməlində milyonlarla əsər baş-başa verib quzu kimi yatışır. Yeri gələndə dirilib qoyun olur. Yeri gələndə onun mələməyinə hər cür misilsiz imkanlar yaradılır. Yeri düşəndə də ətindən, südündən, yunundan istifadə edilir. Hətta mən deyərdim ki, onun ayaqları, kəsilən başı da bəzən atılmır. Xaş bişirmək üçün də sənəti, düşüncəni iştahda saxlayırdı. Bu əsərlər – insan, kütlə resursu elə şəkildə bir ritmə və nota köklənməlidir ki, lazım gəldiyində eyni vaxta eyni yuxunu hər kəsin görmə, hər sabah günəşin doğuşunu hər kəs eyni vaxtda seyr eləmə imkanına sahib olsun. Məncə, Stalin gözəl anlayırdı ki, belə sistem əbədi-əzəli ola bilməzdi. Ancaq dünyada gedən proseslər, ideoloji güc mərkəzlərinin gələcəyə yönəlik taktika və stratejilərini nəzərə alaraq, müəyyən dövr çərçivəsində belə bir dövlətin – sovetlər birliyi kimi nəhəng bir dövlətin varlığı mütləq sayılmalıydı. Elə də olur. Lakin bu dövlətin ömrü, tarix də göstərir ki, dünyanın mərkəzləşdirilmiş güc və beyin strukturları tərəfindən qlobalizm adi altındakı hədəflərini nəzərə alanda, çox, lap çox qısa olmuşdur. Cəmi 70 il.
Stalin ədəbiyyatla bağlı deyirdi: “Bizə elə hekayələr lazımdır ki, oxucunu imperialist müharibələrin dəhşətindən ayırıb, belə müharibələri təşkil edən imperialist hökumətlərin devrilməsinin labüdlüyünə inandira bilsin... Biz əksinqilabi müharibə kimi, imperialist müharibələrin əleyhinəyik. Amma biz antiimperialist, inqilabi, azadlıq müharibələrinin lehinəyik”. Göründüyü kimi, Stalin imperialist hökumətlərinin devrilməsini qarşıya məqsəd qoyur. O yaxşı anlayırdı ki, şəbədəsi əskilməyən bütün şər, şeytani oyunlar irtica ixraxına dayalı imperialist mühitin, sistemin daxilində baş qaldırır. Onun da napoleonlar, hegellər, eynşteynlər, nitsşelər yetişdirdikcə artıb kökələn kökünü kəsmək üçün hökumətlərin devrilməsi, çökməsi və ən əsası da yerində sovet ideoloji sisteminin insanlığın itmiş, qeyb olmuş sevdasında dostluq, qardaşlıq təranələrinin təbəssümünü saçan bərabərliyin bədirlənib romantikamızın uca göylərində bərqərar olması lazım idi. Bu baxımdan, Stalin haqlı olaraq ədalət tərəzisinin saxta gözlü ədəbiyyatının rəşadət vəd edən rolunu dəqiq bilir, onun dünya idarə sisteminə verəcəyi töhfələrin nə qədər qarşı güclərin əhdini kəsərək əhəmiyyətli olduğunu anladığından, istəmirdi ki, sovet dövlətinin yazarları imperialist güclərin dəyirmanına soyudulmuş, ilıq su töksünlər. Stalinin sənətə yönəliş suyumunda Sibirlərə bağlı buz bağlamış sular daha çox önəm kəsb edirdi. Bu baxımdan Stalinin siyasi reputasiyasını qaldıran repressiya planlarını da yaxşı başa düşmək mümkün olsa da, təbii ki, buna haqq qazandırmaq heç cürə mümkün deyil.
Sovetlərin dağılmasını isə sovet hökumətinin başçısı M. Qarbaçovla, onun qanlı əlləriylə həyata keçirdilər. Bu zeytun və əncir müqəddəsliyini yoxa çıxarmış zəhmətin və xəyalları da xərçəng qorxusunda saxlayan xəyanətin qarşılığı olaraq, onu Bakı neftindən maya tutmuş Nobel sülh mükafatına təqdim etdilər. Kimlər? Masonlar. Xatırladım ki, dünyada bir çox ünlü təşkilat və qurumlar, şirkət və komitələr, şəxslər var ki, birbaşa masonlarla, mason lojalari ilə əlbir, əlaqədardırlar. Hətta masonluğun mərkəzi, beyin gücü sayılırlar. Belədə, mayası Bakı neftindən tutulmuş Nobel mükafatı verən mədəniyyətin korrupsionerliyini məharətlə mühafizə edərək mənəviyyat kataklizmlərinə yol açan komitənin də əsasını cəddi meymunlara əsir düşmüş masonlar təşkil edir.
Ədəbiyyatda masonlar realizmi, sovetlərin təqdir elədiyi romantizmi qəbul etmirlər. Reallıq yalandan uzaq, romantiklik isə reallığın üzərində, reallığın bir pillə irəli görüşü, irəliki məsafəsidir. Yəni hədəfdir. Sovet ədəbiyyatı, əslində, realizmdən – a nöqtəsindən, romantikliyə – b nöqtəsinə doğru irəliləyir, inkişaf edirdi. Sovet ədəbiyyatı spiralvari, üçbucaqlı, çoxbucaqlı deyildi. Sadəcə, başlanğıcı və sonu, sonunun da yeni bir başlanğıca dönmə imkanları tükənməyən bir ədəbi anlayışı qapsayırdı. Masonlar keçici də olsa, üstünlük hədəfləyən sovet ədəbi üsulunu sevmirdi. Ona görə də sovet dövrü fərqli cərəyanlara meyillənən, o cümlədən, avanqard və modernizm hərəkatını dəstəkləyirdilər. Çünki bu akımlar, cərəyanlar sovet ideoloji sisteminə zidd dünyagörüşü formalaşdıra bilərdi. Masonlar abstraksiyanın sovet ədəbiyyatı və incəsənətində iz salması üçün nə gərəkirdisə, etməyə hazır idi. Sovetlər də bunun qarşısını almaq üçün öz yöntəmini uyğulamaq zorundaydı.
Başqa bir gerçəklik ondan ibarət idi ki, abstraksıyanı qəbul edən masonik dünya gücü, dini simvol və sistemə dayalı ədəbiyyatı, incəsənət nümunəsini də görmək istəmirdi. Çünki dini motivli, dini qaynaqlı nümunələrin mahiyyəti onların şər, şeytani əməllərinin ifşasına yönələ bilirdi. Masonların “kainatin ulu memarı” anlayışı əsla “Allah” demək deyildir. Üç sözdən oluşan bu birləşmənin qapsadığı ad, (kainatın ulu memarı) elmdən, ideologiyadan xəbər verirdi . Allah adı həm səsləniş, həm də məna ifadə etmə etibarı ilə dini bir qavrama oturdulmuşdu. Sanki Allah bu anlayış və “güc” tərəfindən həm “sroka” oturdulmuşdu, həm də “cəzaya talib” tutdurulmuşdu!!! Ancaq kainatın ulu memarı sonradan yaradılmış bir ad, bir mahiyyət kəsb elədiyindən, din də sonradan yaradılmış olmadığından, ona sadəcə, reforumçuluqla yanaşma imkanının olması, istər-istəməz bu qarşıdurma, gözə kül üfürüb üzdə Allaha bağlılıq maskası ilə kütləni formilo eləmə, özünə inandırma, ən əsası isə seçilmiş şəxsləri böyük oyuna qatma və onları qoruma prinsipi güdür, belə məsum niqabda gestapo rejimini əsas tuturdu.
Masonluğun birmənalı olaraq, Allahla, dinlərlə heç bir müsbət əlaqəsi ola bilməzdi. Əksinə o dinləri bir-birinə qatma, yaxud da dinlərin dayaq nöqtələrini dağıtma prinsipləri həmişə vazkeçilməz kodeks olaraq qarşılarına məqsəd kimi qoyulub. Bu prizmadan yanaşıldığı zaman, Tomas Eliotun da təqdir elədiyi kimi, dini qapsamlı və içərikli mətnləri, sənət əsərlərini, nümunələri heç vaxt əslində lənətləməyəcəklər. Bu cür təmiz əsərlər gələcəkdə də qorunmuş, arınmış, hətta hisslərinə həsəd aparacağınız insanların həmsöhbəti, həyatlarının naxışı ola biləcəklər. Bu əsərlər işıq dalğalarının hər an kainatın dərinliklərindən, sonsuzluqlarından dünyamıza həmişə xeyir impulslarıyla istiqamət alacaq, bizim isə itirilmiş o ilahi işıqların qarşısına çıxara biləcəyimiz kəhanətlərə sinə gərən güvəncimiz olacaqlar.
Bizlər bəzən böyük mənfi , şər gücləri qoyub, onlara söykənərək balaca xeyirxah güclərə qarşı mübarizə aparır, ya da o xeyir gücünə qarşı əsilliyini çıxan itirmiş aqressiv psixologiya ilə silahlanırıq. Çünki, təbili çalınmış yanlış təbliğatların əsirinə çevrilmiş hələ də “qırmızı” qullarıyıq. Bəyliyini və kosmik özgürlüyünü hifz edən öz beyin potensialımızdan, əsla istifadə barədə düşünmürük. Sadəcə, əzbərlədiyimiz, şüur imkanlarına dönüşdürdüyümüz saxta, şər yaşam əsaslarının simvol və atributlarıyla dolub daşaraq, özümüzü “anlayışlı”, “bilgili”, “ intellektual kəsim” zənn edirik. Oysa bəzən ürəkdən mübarizə apardığımız bir tərəfin nə qədər xeyir içində xürrəmliyini, bizə lazımlı olduğunu görmə imkanından çox-çox uzağıq.
**
Elə isə necə olur ki, dini motivli əsərləri, sistemlərə kozr verən, donor pompalayan sənət nümunələrini həm masonların, həm də sovetlərin sevmədiyini biliriksə, burdan hansı nəticəni çıxarmış sayılırıq. Din soyuqları, sazaqları sibirlərdə deyil, insanların ruhunda cilvələndirən nə soysuz sovetlərin, kommunistlərin nə də mədəniyyətlərin qənimi, milli məharətliliyi murdarlayan masonların malı deyil. Onu hər zaman qırışmal qarşılarında qırılmış, sındırılmış, ya da plastilin yapısında gördülər. Kəhanətləri dağıdan, insan psixologiyasının gələcək güvəncini şərdən gizləyən gerçək, həm də insanlıq tərəfindən hələ də dərilməmiş din islamdır. İsasıyla, Məryəmiylə incidilmiş “İncil” pozula bilər, ancaq Vatikanın, Romanın məkrini itirəcəyi xristianlığın pozulmasına inanmıram. Ancaq nə islamın, nə “Quran”ın pozulması mümkün deyil. Bu mənim günbəgün saatbasaat sibirləri isindirəcək inancımdır. Masonlar xristianlığı hədəf alsalar da, islamın adını çəkmədən onu heç görmək istəmirdilər. Birdən-birə iki dinin güclərini qarşılarında görmək çətin və ağır idi. Xristianlarla işlərini bitirdikləri təqdirdə, İsanı da, Məryəmi də qoruyan islamı yox eləmə təcrübələri və imkanları artacaqdı. Sadəcə, xristianlıq intellektualığı və çevikliyi sayəsində, kilsə mərkəzləşməsi sayəsində tarixin astarında-üzündə diyirlənən gərəkən dirənişini zamanında göstərə bildi. Xristianlığı yeyə bilməyən masonluq islama heç gözünü dikmədi. Amma islamla bağlı heç bir simvollaşmış ifadə işlətməsələr də, bütün fəaliyyətlərini Qaybda irilən islama yönəltdilər. Mısmırığını sallamış bütün müsəlman dövlət və hökumətlərini bir-birinə qatıb, gərəkən devirmək, devrimlik dərsləri verməkdədirlər. Xortlamış xristianlıq nə mənəvi, spiritual, nə də “materialist” müsəlmanlıq üçün qorxulu deyil. Bundan sonra səlib yürüşü arxetipi də artıq təpətini itirmiş tarixə qarışdı. Sadəcə, hər iki din üçün bir güc varsa, o da maddi mətahını mənəvi mətah altından sırıyan masonluqdur. Sovetlərin və masonların sərvaxtlığını, səadətini sevmədiyi, qəbul eləmədiyi əsas din olan islam hər zaman böyük ədəbiyyatlara da, incəsənətə də, mədəniyyətlərə də cadar torpaqlara, quru iqlimlərə yaşıllıq yəhərləyib, yön verib. Sovet dönəmində H. Cavidi sovetlər də sevmədi. Çağdaşlığıyla gələcəyə yeni arxaiklik, geriçilik modeli aşılayan Avropada yaşasaydı, heç imperialistlər də sevməzdi. Demək bizim burdan dünyanın hikmət çarhovuzundan çıxaracağımız nəvəli, nəticəli, kötücəli, yeddicəli nəticə, “dini içəriyi olmayan istənilən mətn” mərdanəliyini itirməklə masonların işinə gələ, müəllifi Bakının halal-hümmət nəcib neftindən maya tutmuş Nobelə aday göstərilə bilər. Milli anlayışları saz tutub söz qoşub dəf çalaraq dəf eləmək, mason dünyagörüşünün komik konyukturasında əritmək çətin olmayan yaxın tarixlərə insanlığın ərdəmini zorlayan ticari təcrübəsidir. Din rüzgarı əsən hər hansı bir sənət nümunəsində Nobel mükafatına qarşı bir əsəb, bir etiraz, şərə qarşı, mason lojalarına, şeytani beyin mərkəzlərinə qarşı bir sitəm, etiraz vardır. Bunu bilməmək, görməzlikdən gəlmək uşaq başı aldatmaq dərəcəsində gülüncdür. Bizim intellektual kəsim isə, hələ də, bilmirəm, bəlkə də, Bakının əziz neftinin xətrinə “Nobel, Nobel!!”, deyib durur. Bu işin arxa baxçasında isə əkilən həşişlərdən, ağ ölümdən, viruslardan, xərçəngdən, dünya əhalisinin 90%-nin iyrənc üsullarla necə yox edilməsi planından sanasan ki, xəbərləri yoxdur. /kult.az/
|