"Qanun" nəşrlər evi Aqata Kristinin yeni kitabını nəşr edib
29.09.14
Aqata Kristi - ÖLÜMLƏ GÖRÜŞ
Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət
edərkən məşhur dedektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa
kömək edir.Tiran, sadist, qəddar ana olan Miss Boyntonun qatilini axtararkən Puaro bütün
ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət
etmək canini tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” dedektiv romanı ilk dəfə Böyük Britaniyada Collins
Crime Club nəşriyyatı tərəfindən, 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı
Dodd, Mead and Company nəşriyyatı elə həmin ildə çap edib.
Bakı, Qanun Nəşriyyatı, 2014, 204 səhifə. İngiliscədən tərcümə: Gülər Qasımova Korrektor: İradə Musalı
|