Kamal Abdulla dünya alimlərini dəyirmi masaya topladı
27.09.14
Dövlət müşaviri dünya alimlərini dəyirmi masaya topladı. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşvirliyi Xidmətinin təşkilatçılığı ilə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada 2-3 oktyabr tarixində baş tutacaq IV Bakı Beynəlxalq Humanitar Forumu-na qatılacaq yerli və dünyanın tanınmış elm adamları iştirak ediblər. Dəyirmi masada Azərbaycandan akademik Kamal Abdulla, akademik Urxan Ələkbərov, Braziliyadan professor Sudha Svarnakar, İtaliyadan memar Paolo Del Bianko, naşir və politoloq Sandro Teti, Almaniyadan professor Ziqlinde Hartman, İsraildən beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut, Rusiyadan professor Aleksandr Nesterov iştirak ediblər. Dəyirmi masanın moderatoru Dövlət müşavirlik xidmətinin əməkdaşı professor Etibar Nəcəfov olub.
|