AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar İttifaqı memorondum imzalayıb
24.09.14
Serbiyada yazıçıların 51-ci Belqrad Beynəlxalq Qurultayı keçirilib. Ümumilikdə 23 ölkədən 30-dan çox ədibin iştirak etdiyi tədbirdə Azərbaycanı Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal təmsil ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən SalamNews-a bildirilib ki, azərbaycanlı qələm ustaları qurultay çərçivəsində Serbiyanın müxtəlif şəhərlərində olublar və burada təşkil edilmiş ədəbi gecələrdə həm yerli, həm də xarici ədəbiyyatsevərlərə Azərbaycanın tarixi, mədəniyyəti və zəngin ədəbi irsi barədə geniş məlumat veriblər.
Səfər zamanı AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar İttifaqı arasında ədəbiyyat sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair memorandum imzalanıb. /salamnews.org/
|