“Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib. O qeyd edib ki, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil. “Bu gün məscid təkcə ibadət yeri deyil, həm də əhalinin, dindarların tarixi kitablarla yaxından tanış ola biləcəyi yerdir. Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”.
Fond rəhbəri yas mərasimləri ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, ölkədə yas mərasimləri ilə bağlı hər hansı bir qadağa yoxdur: “Hesab edirəm ki, biz əhali arasında maarifləndirmə işləri aparmaqla yas mərasimlərində israfçılığın qarşısını ala bilərik