Abbas Səhhət - Məktəb şagirdi
15.09.14
İştə bir tərbiyəli, aqil bir uşaq, İştə bir zirək, ayıq, kamil uşaq, Geyinib məktəbli formasını, Götürüb qoltuğuna çantasını, Məktəbə şövqi-tama ilə gedir, Keçməsin vaxtı deyə sürət edir.
Gecə-gündüz çalışır mərdanə, İstəyir sibqət edə ərqanə. Könlünün arizuyla-yektası: Vətənü millətinin ehyası.
A çocuq, get sənə haq yar olsun. Cümlə halında mədədkar olsun. Elm təhsili əziyyətli isə, Qışda yol getməyi zəhmətli isə, Qorxma qeyrətlə çalış, əlbəttə, Biləcəksən, oxusan tez vəqtə – Ki, cahan içrə böyük insanlar, Nə qədər zəhmətə düşmüş onlar.
Sinfi-ədadini təkmil eylə, Məktəbi-alidə təhsil eylə.
Səy elə, sən də böyük insan ol, Doğruluqla bu ada şayan ol! Qoy cahan elm ilə pürnur olsun, Vətən o sayədə məmur olsun.
|