Zakir Fəxri: “Ramiz Rövşənə daş atana gülməyim gəlir”- MÜSAHİBƏ
12.09.14

Şair Zakir Fəxri ilə müsahibə


- İndi yaranan ədəbiyyatda sanki sözün qədrini bilməmək ənənəsi var. Nə üçün sözə əvvəlki kimi müqəddəs baxış qalmayıb?

- İnsan özü başa düşməlidir ki, söz qədər müqəddəs heç nə yoxdur. Söz qədər özünü ifa edə biləcək heç nə yoxdur! Hər şey sözdən doğur. O tərəfdə biri qışqırsın,  burda da mən qışqırım. Heç kəs bir-birini başa düşməyəcək. Sözün özü dəyərdir. Dəyərin içində çox şey var. İnsanın sonu da,  əvvəli də  hər şeyi də onun dəyəridir. Dəyər həyat yolunun özüdür. Deməli, söz qədri bilməyənlərin də yolu odur. Heç bilinmir ki,  hara gedirlər? Dağa gedirlər, dərəyə gedirlər bilinmir.

- Bəs bu yolsuzluqda itirdikləri nə olacaq?

- Çox səmimi deyirəm,  itirdikləri mənalı bir həyat,  qazandıqları mənasız bir ömür olacaq. Bilirsiniz,  mənim çox geniş bir ətrafım olub və indi də var. Hamısı ələnə-ələnə,  əriyə-əriyə getdi. Kim qalmağı bacardısa qaldı. İddia gözəl şeydir. İddia odur ki,  orada bir nəfər susuzdur,  mən bu stəkanı su  ilə doldurub ona aparmalıyam. Onu xilas etməliyəm. Amma indikilərin iddiası odur ki,  mən su istəyənə su verməyim qoy yoxa çıxsın. Bu iddia deyil bu xəstəlikdir.

- Yeni bir üsul meydana gəlib. Sanki folkloru, keçmişi tənqid etməklə bəzi yazarlar özlərini daha savadlı və fərqli göstərməyə çalışırlar. Bu cür “fərqliliyə” münasibətiniz necədir?  

- Bir var ana südü ilə böyümək,  bir də var “malış”la böyümək. Süd ən müqəddəs bir şeydir. Ona da and içirdilər, “süd haqqı” deyirdilər. İndi dünyanın süniləşməsinə səbəb bu süni qidalardır,  süni süddür. Bu gün Qərb,  rus yazıçılarının hamısı Şərq poeziyasından, Şərq fəlsəfəsindən istifadə edirlər. Dünyanın müasir dövrdə bir çox nəhəng yazıçılarının ədəbiyyata gəlməsinə səbəb Şərq poeziyası olub. Məgər bizim  folklorumuz da Şərqdən gəlmir?  Folkloru danmaq mahiyyəti danmaq deməkdir. Folkloru danmaq kimliyindən imtinadır.  “Saçın uzun hörməzlər sarı gəlin” misrası ilə başlayan xalq nəğməsini Allah rəhmət eləsin Cəfər Cabbarlı tapıb çıxardı. Onun nəyi köhnədir?  İndi hər gün o qədər mahnılar yazılır, hansıları onun təzəliyini verə bilir? – Heç biri! Onun özü bir dəyərdir. Dəyərləri qoruyub saxlamaq lazımdır. Fateh Sultan Mehmet boyda adam zeytun ağaclarını kəsdirmədi. Bilirdi ki, o müqəddəs ağacdır, müqəddəs bitkidir. Quranda da adı keçir. Amma bizdə ağacları kəsib doğrayırlar. Adi müqayisədir bu. Türkiyədə zeytuna münasibətə bax, bizdəki münasibətə bax. Bunun özü əslində dəyərə verilən qiymətdir.

- Sizin üçün yazının özü nədir?

- Yazı çox mürəkkəb şeydir e.  Ramiz Rövşən cavanlıqda mənə çox gözəl bir söz demişdi. Dedi ki, indiki bəzi şairlərin yazdığı qoşmaları burdan Qubadlıya qədər dayanmadan yaza bilərəm. özü də ondan da yaxşısını deyərəm. Amma bu şeir deyil axı! Ən təbii şeir  ildə beş – altı dəfə yazılacaqsa buna ancaq sevinmək lazımdır. Mən elə olanda deyirəm ki,  ay Allah sənə şükür. İldə neçə şeir yazmaq olar ki...  Amma indikilər bu il 3 cild,  gələn il 5 cild yazırlar.  O gün biri gətirib mənə kitab verir. Ona dedim ki,  sənin şeirin haqqında söz deməyə  hələ  bir şey tapmamışam.  O,  mənim sözümdən incimədi. Amma zaman gələcək ki, o da yaxşı şair olacaq. Çünki o şairdi,  onu danmaq mümkün deyil. Dünyəvi şeir deyirlər,  milli olmaq elə dünyəvi olmaqdır də. Danimarkalı bir mahnı oxuyur,  bizimkilər durub özünün ona oxşatmağa çalışırlar. Bunu onsuz da o oxuyur da...  onu yamsılamağın elə onun 30-da biridir. Elədirsə niyə yamsılayırsan?!  O da   Alim Qasımovu oxuya bilməz axı. Hərə özünə aid olanı oxumalıdır.  

- İndiki yazılan əsərlərdə nə çatışmır?

- Elə bir mükəmməl əsər yoxdu ki,  mən orda nəyinsə çatışmazlığını  görməyim...   Çatışmayan əslində ayrı şeylərdir. Mən inanmıram ki, kimsə kompüterdən roman oxuya bilsin. Kitab tamam başqa şeydir. Şüşə arxasında olan həriflərin qəti effekti yoxdur. Kitab bir başa sözlə fikirlə ünsiyyətdir.  Çılpaq şəkildə çox şeylər yazılır, başlıqlar qoyulur. Bu gün cəmiyyətdə oxu mədəniyyəti çatışmır. Bunun da səbəbi yəqin ki,  maddi çətinlikdən asılıdır. O qədər ki, quruluşdan-quruluşa düşdük. Futbol topu kimi bu quruluşdan o quruluşa vurdular. Feodalizmdən kapitalizmə düşdük,  kapitalizmdən sosializmə ordan bura,  burdan da Allah bilir hara düşəcəyik. Amma düzələcək. Ədəbiyyat qalacaq. Yazı həmişə qalacaq, yazı heç  vaxt ölən deyil. Buna heç kimim şübhəsi olmasın.

- Əsl yazı adamına daş atanda o  daş qayıdıb həmin adama dəyəcək, yoxsa şairi əzəcək?

- Ədəbiyyat adamına,  Ramiz Rövşənə daş atana ancaq gülməyim gəlir. Gərək Ramiz Rövşən olasan ki,  Ramiz Rövşənə daş atasan da. Ramiz Rövşən də olsa onda daş atmazsan axı. “Mən” sözü ədəbiyyatın bitdiyi yerdə başlayır. Mən onu oturub dəfələrlə çörək yeyəndə Ramiz Rövşənə də demişəm. Bəyəm dünya başdan xarabdı ki, Mövlanəyə o qədər önəm verir?!   800 ildir ki,  bu adam dünya fikir tarixində  hegemonluq edir. Rafiq  Əliyev deyir ki,  Harvard Universitetində dünyanı idarə edən üç kəlam yazılıb. Onlardan biri də Ruminin kəlamıdır: “Olduğun kimi görün, göründüyün kimi ol.” Soruşublar ki,  ondan  Şeyx yazdığın nədir?  Deyib   mən heç nə yazmıram ki, nə yazıbsa hamısını Şəms yazıb. Sadəlik bax budur. Bizim Mirzə Cəlil də Sabir də gizli imzalarla yazıblar. Təki yazıları oxunsun imzaları görünməsə də olar.

- Son günlər ədəbiyyatda “yerlibazlıq” söhbətləri də gündəmdən düşmür. Axı ədəbiyyat üçün ən əsası insan olmalıdır...

- “Haralısan” sözünü, sualını  ədəbiyyat yaradıb. Adlarını çəkmirəm kimlər deyib. Amma  ədəbiyyatda insan var. 15-16 il  bundan əvvəl Lənkərana getdik. Eldəniz Quliyev idi,  mən idim,  iltifat adlı bir oğlan var idi. Cəbhə vaxtında birinci müavini  işləyirdi. Bir evə getdik ev yiyəsi qonağa o qədər hörmət etdi ki, mən dəhşətə gəldim. Onu ancaq Ağdamda görə bilərdim. Deməli, hamımız bir insanıq da.

- Söhbətin ana xəttinə qayıdaq: keçmişi danmaq ədəbiyyat üçün hansı fəsadları yarada bilər?

- O cür yazılardan nə ədəbiyyat gözləmək olar? O nə ədəbiyyatdır? Rauf  30 ilə yaxındır ki,  mənim “Qalmaz belə, qalmaz dünya” sözlərimə  mahnı bəstələyib. İndi türklər özümüz də  başqaları da o mahnını oxuyur,  indiyədək nə qədər mahnı eşitmisiniz,  onların hansı qalıb? Amma Tofiq Quliyev bu gün qalıb.  Bayatıdan necə qopmaq olar ki. Ana hissi,    yaxud ana sevgisini yaşamayan adam bayatının, laylanın qədrini bilməz.  Minlərlə roman yazasan amma o dördlükdə hamısı artıq verilib. Bundan necə qopmaq olar?!  Mən keçmişi niyə danmalıyam ki?!  ondan gərək Axundovu da o birisini də bu birini də danaq.

Heç nə dəyişmir. Əgər söz dəyişirsə nəsə dəyişə bilər. Fikir orijinallığı,  təzəliyi olursa olsun, amma bunun adı ədəbiyyatdır da.  Erməni yalandan bir taxtanı rəngləyir deyir ki,  bu Nuhun gəmisidir. Bir ingilis alim onlara deyib ki, olarmı tədqiqat üçün bunu aparım? Deyib ki,  qadan alın onu aparma,  çünki biz erməni xalqını inandırmışıq ki, bu Nuhun gəmisidir. Tədqiq etsən yalanı üzə çıxacaq. Amma bunlar hazır var olan keçmişi rədd edirlər.

/modern.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.