Niyazi Mehdi - Darlıqdan çıxmaq həsrəti
11.09.14
Artur Şopenhauer XIX yüzilin görkəmli filosofudur. Sağlığında ona elə də fikir verən olmamışdı. Çünki Hegel vardı və diqqət ona cəmlənmişdi. Sonra Şopenhauer öldü və birdən-birə anladılar ki, o da böyük filosofmuş.
Bir az filosof adlarının mistikasından
Azərbaycanda bir az kitab oxuyanların, bir az qiyamçı olanların dilində Şopenhauerin, Nitsşenin, Freydin adı ayrıca bir əda ilə səslənir. Bu üç kişi Avropanın düşüncə yönümünü başqa səmtə yönəldib, başqalaşdırıb, ona görə də bu adlar başqalaşdırmaqla məşğul olan qiyamçı adamlara doğmadır. Bu üç kişi Avropa əxlaqının dəyərlərini də xeyli dəyiş-düyüşə salıb. Ona görə də əxlaqda dikbaş olanlara doğmadırlar. Ancaq Azərbaycanın qiyamsevər gəncləri, adətən, fəlsəfəylə əməllicə məşğul olmadıqları üçün dadlana-dadlana Artur Şopenhauerin, Nitsşenin, Freydin yalnız adını çəkirlər və sanki bu adların söylənməsi bütün enerji ilə yeni Doğruları açır.
Bir nəsnəyə fikir vermişəm. Həmin filosoflardan düşüncə söyləmək istəyəndə bizim özgün, orijinal düşünmək istəyənlərimiz fikri elə açırlar ki, mat qalırsan: budu onları vəcdə gətirən?! Burda nə var ki, onları belə tutub?!
Bu günlərdə ağlıma gəldi ki, mən də o üç filosofun hansındansa istifadə edim. İndi Artur Şopenhauerin bir ideyası əsasında dünyamızı düşünmək, dünyamızdan axan bəzi bilinmələri tutmaq istərdim. Hərçənd qorxuram ki, qınadığım gənclərin halına düşəm, ancaq yenə də yoxlayım. Əgər Şopenhauer əsasında maraqlı yozumlara, açımlara çıxa bilsəm, kimlərəsə filosoflardan istifadə etməyin yolunu göstərə bilərəm (deyəsən, bizlərdə özünü "yolgöstərən" adlandırmaq ədabazlıq sayılır, ancaq bilmirəm, hansı üslub fəndgirliyindən istifadə edim ki, belə görünməyim).
Artur Şopenhauerdən düşüncələr (doğrudan da, adı yaman səslənir)
Bu filosof söyləyir ki, istedadlı adamlar hövsələ ilə, səbrlə, ləzzətlə dünyanı, nəsnələri, olayları təmiz qavrayışda seyr etməyi bacarırlar. Bəs, təmiz qavrayış nədir?
Gözünüzün qabağına gətirin ki, dağlara, çəmənliklərə baxırsız və bu zaman cizgilər, boyalar sizdə çoxlu düşüncələr oyadır. Sərbəst düşüncə axını başlayır. Daha doğrusu qavrayışın "qapıları" landşaftdan dalğalanan bilinmələrə açılır. Bir qayanın görünüşü əzələlərini şişirtmiş kişini andırır, sonra həmin görünüş sizdə çıxığı-çöküntüsu ilə dəniz ləpələri haqqında düşüncələr oyadır, sonra bütün bunları, yəni bu görünüşü, bu çıxıntıları, çökəkləri min illər ərzində oyub düzəltmiş küləklər haqqında düşüncələrə buraxırsınız və belə-belə bir qayaya baxa-baxa düşüncələrinizlə dünyanı gəzib sonra yenidən qayaya qayıdırsınız.
Belə düşüncə gəzintiləri avaraçılıq deyil, bolluqdur və onun sonucunda bir nəsnəni, yəni bir qayanı min açımda duyursan, yaşayırsan. Artur Şopenhauer bu cür tamaşa edib düşünməyə "təmiz qavrayış" deyir, çünki belə qavrayış durğunlaşmış bir fikrin çərçivəsində qalıb bulantı vermir, tez-tez havasını dəyişir. Belə qavrayışda sonsuzluğun təmizliyi, seyrək yayğınlığı var.
Şopenhauerə görə, adi adamların təmiz seyrə, çox tamaşa etməyə hövsələləri çatmır. Adi adam neyləyir?
Adi adamların xasiyyəti
Belə kəslər bir az təmiz qavrayışla seyrə dalandan sonra tıncıxır, seyr etdiyi nəsnəni, olayı anladan anlayışa üz tutur ki, onları həmin anlayışın altına qoyub, işığına tutub anlasın. Məsələn, anlayış deyir ki, "yaramaz bir çox əxlaq qaydalarına yaramayandır". Adi adam yaramaz adamı bu "yaramaz" anlayışının çərçivəsində düşünəndə rahatlıq tapır. Adi insanın dəqiqədəbir anlayış axtarıb, ona söykənməsi Şopenhauerin dediyinə görə tənbəl adamın bir az ayaq üstə durandan sonra kətil axtarmasına bənzəyir.
Anlayış nədir? Anlayış aid olduğu olayların ən xarakterik özəlliklərini anladan sözlər və onların anlamlarıdır. Tutalım, su anlayışı “duru, adi halında şəffaf olan, göydən yağan, dənizdə olan, çayla axan” bilinmələrini verir, beləliklə, anlayış öz nəsnələri haqqında bir neçə xarakterik cizgiləri bildirir, ona görə də Şopenhauerin fikrincə, anlayışlarla işləməyə öyrəşmiş şüur hər şeyi çox tez tükənmiş sayır. Rast gəldiyi nəsnəyə marağı çox tez sönür, çünki həmin nəsnə onun üçün çox tez tükənir, axı anlayış söyləyir ki, bunda bir-iki cəhət var.
Bax, ona görə də adi adamlar təbiətin qoynunda çox qala bilmir. Onlar təbiətdə darıxırlar.
/kult.az/ Artur
Şopenhauer XIX yüzilin görkəmli filosofudur. Sağlığında ona elə də
fikir verən olmamışdı. Çünki Hegel vardı və diqqət ona cəmlənmişdi.
Sonra Şopenhauer öldü və birdən-birə anladılar ki, o da böyük
filosofmuş.
Bir az filosof adlarının mistikasından
Azərbaycanda bir az kitab oxuyanların, bir az qiyamçı olanların
dilində Şopenhauerin, Nitsşenin, Freydin adı ayrıca bir əda ilə
səslənir. Bu üç kişi Avropanın düşüncə yönümünü başqa səmtə yönəldib,
başqalaşdırıb, ona görə də bu adlar başqalaşdırmaqla məşğul olan qiyamçı
adamlara doğmadır. Bu üç kişi Avropa əxlaqının dəyərlərini də xeyli
dəyiş-düyüşə salıb. Ona görə də əxlaqda dikbaş olanlara doğmadırlar.
Ancaq Azərbaycanın qiyamsevər gəncləri, adətən, fəlsəfəylə əməllicə
məşğul olmadıqları üçün dadlana-dadlana Artur Şopenhauerin, Nitsşenin,
Freydin yalnız adını çəkirlər və sanki bu adların söylənməsi bütün
enerji ilə yeni Doğruları açır.
Bir nəsnəyə fikir vermişəm. Həmin filosoflardan düşüncə söyləmək
istəyəndə bizim özgün, orijinal düşünmək istəyənlərimiz fikri elə
açırlar ki, mat qalırsan: budu onları vəcdə gətirən?! Burda nə var ki,
onları belə tutub?!
Bu günlərdə ağlıma gəldi ki, mən də o üç filosofun hansındansa
istifadə edim. İndi Artur Şopenhauerin bir ideyası əsasında dünyamızı
düşünmək, dünyamızdan axan bəzi bilinmələri tutmaq istərdim. Hərçənd
qorxuram ki, qınadığım gənclərin halına düşəm, ancaq yenə də yoxlayım.
Əgər Şopenhauer əsasında maraqlı yozumlara, açımlara çıxa bilsəm,
kimlərəsə filosoflardan istifadə etməyin yolunu göstərə bilərəm
(deyəsən, bizlərdə özünü "yolgöstərən" adlandırmaq ədabazlıq sayılır,
ancaq bilmirəm, hansı üslub fəndgirliyindən istifadə edim ki, belə
görünməyim).
Artur Şopenhauerdən düşüncələr (doğrudan da, adı yaman səslənir)
Bu filosof söyləyir ki, istedadlı adamlar hövsələ ilə, səbrlə,
ləzzətlə dünyanı, nəsnələri, olayları təmiz qavrayışda seyr etməyi
bacarırlar. Bəs, təmiz qavrayış nədir?
Gözünüzün qabağına gətirin ki, dağlara, çəmənliklərə baxırsız və bu
zaman cizgilər, boyalar sizdə çoxlu düşüncələr oyadır. Sərbəst düşüncə
axını başlayır. Daha doğrusu qavrayışın "qapıları" landşaftdan
dalğalanan bilinmələrə açılır. Bir qayanın görünüşü əzələlərini
şişirtmiş kişini andırır, sonra həmin görünüş sizdə çıxığı-çöküntüsu ilə
dəniz ləpələri haqqında düşüncələr oyadır, sonra bütün bunları, yəni bu
görünüşü, bu çıxıntıları, çökəkləri min illər ərzində oyub düzəltmiş
küləklər haqqında düşüncələrə buraxırsınız və belə-belə bir qayaya
baxa-baxa düşüncələrinizlə dünyanı gəzib sonra yenidən qayaya
qayıdırsınız.
Belə düşüncə gəzintiləri avaraçılıq deyil, bolluqdur və onun
sonucunda bir nəsnəni, yəni bir qayanı min açımda duyursan, yaşayırsan.
Artur Şopenhauer bu cür tamaşa edib düşünməyə "təmiz qavrayış" deyir,
çünki belə qavrayış durğunlaşmış bir fikrin çərçivəsində qalıb bulantı
vermir, tez-tez havasını dəyişir. Belə qavrayışda sonsuzluğun təmizliyi,
seyrək yayğınlığı var.
Şopenhauerə görə, adi adamların təmiz seyrə, çox tamaşa etməyə hövsələləri çatmır. Adi adam neyləyir?
Adi adamların xasiyyəti
Belə kəslər bir az təmiz qavrayışla seyrə dalandan sonra tıncıxır,
seyr etdiyi nəsnəni, olayı anladan anlayışa üz tutur ki, onları həmin
anlayışın altına qoyub, işığına tutub anlasın. Məsələn, anlayış deyir
ki, "yaramaz bir çox əxlaq qaydalarına yaramayandır". Adi adam yaramaz
adamı bu "yaramaz" anlayışının çərçivəsində düşünəndə rahatlıq tapır.
Adi insanın dəqiqədəbir anlayış axtarıb, ona söykənməsi Şopenhauerin
dediyinə görə tənbəl adamın bir az ayaq üstə durandan sonra kətil
axtarmasına bənzəyir.
Anlayış nədir? Anlayış aid olduğu olayların ən xarakterik
özəlliklərini anladan sözlər və onların anlamlarıdır. Tutalım, su
anlayışı “duru, adi halında şəffaf olan, göydən yağan, dənizdə olan,
çayla axan” bilinmələrini verir, beləliklə, anlayış öz nəsnələri
haqqında bir neçə xarakterik cizgiləri bildirir, ona görə də
Şopenhauerin fikrincə, anlayışlarla işləməyə öyrəşmiş şüur hər şeyi çox
tez tükənmiş sayır. Rast gəldiyi nəsnəyə marağı çox tez sönür, çünki
həmin nəsnə onun üçün çox tez tükənir, axı anlayış söyləyir ki, bunda
bir-iki cəhət var.
Bax, ona görə də adi adamlar təbiətin qoynunda çox qala bilmir. Onlar təbiətdə darıxırlar. - See more at: http://kult.az/yeni/view/4314#sthash.Ii1d3jOT.dpuf Artur

Bax, ona görə də adi adamlar təbiətin qoynunda çox qala bilmir. Onlar təbiətdə darıxırlar. - See more at: http://kult.az/yeni/view/4314#sthash.Ii1d3jOT.dpuf
|