Bişkekdə Kamal Abdullanın “Dilçiliyə səyahət və ya qeyri-dilçilər üçün faydalar” kitabı qırğız dilində çap olunub. Bu barədə informasiyanı Türkdilli Dövlətlərə Siyasi Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədov yayıb.
Nüsrət Məmmədovun dərin elmi məzmuna malik “Dilçiliyə səyahət və ya qeyri-dilçilər üçün faydalar” kitabının qırğız oxucularında maraq oyadacağını deyib. O, kitabın qırğız dilinə Qırğızıstanın məşhur şair, tərcüməçisi Mukan Aslanaliyev və Bakıt Yunusaliyevin çevirdiyini bildirib.
/axar.az/