Lev Tolstoyun 186 yaşı tamam olur
09.09.14
Bu gün dahi rus yazıçısı, publisist və filosof Lev Nikolayeviç Tolstoyun 186 yaşı tamam olur.
XIX əsr cəmiyyətinin realist mənzərəsini canlandıran "Hərb və sülh", "Anna Karenina" və “Dirilmə” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradan L.T.Tolstoy bədii və fəlsəfi sözün yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" - XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib.
Qeid edək ki, Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da yazıçı Qafqazda toplayıb. Ömrünün altmış ilini bədii yaradıcılığa həsr edən və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 9 sentyabr 1828-ci ildə Yasnaya- Polyanada zəngin bir ailədə dünyaya gəlib, 1910-cu il noyabr ayının 22-də dünyasını dəyişib və doğulduğu yerdəcə dəfn olunub./axar/
|