Kamal Abdullanın hekayələr kitabı Rusiyada çap olunub
08.09.14
Yazıçı Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib” adlı hekayələrdən ibarət kitabı Rusiyanın “Xudojestvennaya literatura” nəşriyyatında çap olunub.
Azər Mustafazafə tərəfindən tərcümə olunan kitaba ön sözü “Çingiz Aytmatov” mükafatı laureatı, “Literaturnaya qazeta”nın baş redaktoru, məşhur rus yazıçısı Yuri Polyakov yazıb.
Kitabda müəllifin “Parisin seçimi”, “Labirint”, “Balaca həyətin həngamələri” və “Səhvlərimizin qrammatikası” silsiləsindən hekayələri yer alıb. /kult.az/
|