Stefano Benninin "Tanrının Qrammatikası" kitabının təqdimatı keçiriləcək
17.07.14
19 iyul 2014 -cu il saat 16-00 -da Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) ofisində AGTA Bədii Tərcümə Klubunun üzvü Abuzər Cəfərovun İtalyan ədəbiyyatından tərcümə etdiyi Stefano Benninin "Tanrının Qrammatikası" kitabının təqdimatı keçiriləcək.
KİTAB HAQQINDA:
Məşhur italyan satirik-yazıçısı, şair, dramaturq, kino xadimi və jurnalist Stefano Benninin “Tanrının qrammatikası” adı altında ümumiləşdirilmiş “Yalnızlıq və şən hekayələr” kimi təqdim olunan yaradıcılıq məhsulları, formasına görə yığcam, məzmunca maraqlı sənətkarlıq nümunələridir. Xüsusilə gənc nəsil üçün qələmə alınmış bu hekayələr təkcə həyatın şən anlarına işıq salmır. Oxucular ələdə təzadlı yaşam tərzlərinin də şahidi olacaqlar...
TƏQDİMATDAN SONRA 25 ENDİRİMLƏ KİTABIN SATIŞI DA OLACAQ!!!
Ünvan: Əlövsət Quliyev 116, m.6 (Xəqani Ticarət Mərkəzinin yaxınlığı) Tarix: 19/07/2014 Saat: 16-00
Əlavə məlumat üçün telefon nömrələri: (012) 408 65 90 (050) 644 93 49 (Abuzər)
|