Rəbiqə Nazimqızı - Qaranlıqdakı pişik
17.07.14

- Bax, ordadı, o küncdə. Yavaşca yaxınlaş. Ürkütmə.
Ayaqqabılarını çıxarır. Asta addımlarla irəliləyir. Əyilib əlini küncə tərəf uzadır. Pişiyin yumşaq tüklərinə toxunur. Qaranlıqda gözlərinin təəccübdən necə böyüdüyünü hiss edirəm. Yüz faiz, gülümsəyir də.
- Qəribə adamsan e.
- Niyə?
- Pişiyin yerini tapan mənəm, amma sən sevinirsən.
Əclaf xasiyyətim var, bilirəm... Cavab özünü gözlətmir:
- Nə olsun, nə fərqi var? Bir də, mən sənə inanmaya bilərdim.
- Hə, maraq... Yoxlamaq istədin...
Əsəbləşsə də, büruzə vermir. Bu xasiyyəti xoşuma gəlir, həm də məni qıcıqlandırır. Amma əsəbləşməyini də istəmirəm. Qorxuram. Elə bilirəm, o hirslənsə, nəsə təbii fəlakət baş verəcək. Çovğun, tufan, zəlzələ - axmaq təlqindi.
Gülür. Bilirəm ki, gərginliyi götürməkdən ötrüdü. Halbuki... Nəsə... Bu dəfə heç nə deməyəcəm...
- Pişik qaçdı.
- Hə. Gərək danışmayaydım.
- Neyniyəcəkdik ki, onu? Əsas odu ki, tapdıq...
İstehzalı təbəssümümü görmür. Özümlə paralel aparmağım ağlına da gəlmir. Ümumiyyətlə, onun ağlına mənimlə bağlı nə gəlir ki?..
Ovçu instinkti. Dayan e, guya mən belə deyiləm?! Sadəcə, yorulmuşam. Sürüşkən balıq axtarıram və onu da tapmışam. Daha nə lazımdı? Onun pullarını qoparmaq? Fikirləşməkdən zəhləm gedir. Xüsusən kefim olmayanda. Mövzunu dəyişirəm:
- Balıq tutmaqdan xoşun gəlir?
- Yox, darıxdırıcı prosedurdu. Heç yeməyi də sevmirəm. Hərçənd... bir dəfə, bəlkə...
Bilirəm ki, artıq özünü dənizin sahilində təsəvvür edir. Əlində qarmaq. Təbii ki, soxulcanı ora dostu keçirəcək. O isə üz-gözünü turşudub deyəcək ki. Səsi fikirlərimi dağıdır:
- Hə. Bir dəfə yoxlamaq olar.
- Balığı niyə sevmirsən? Sümüklərinə görə?
- Sümük yox, tığ. Hə e, təmizləmək adamın gözünə durur. Amma duzlu balıq olsa...
Sözünü kəsirəm:
- Soyutma kartofla.
- Bəlkə, qaynadasan?
- Olar...
Mətbəxə keçirəm. Arxamca gəlmir. Rahatam. Yox, narahatam. Gəlsə, iş görə bilməyəcəm. Zəhləm gedir mətbəxdə ikinci adam olanda. Gəlməsə, dəli olacam...
Kartoflar qaynamaq üzrədir. Balıq olmasa da, olar. Onsuz da iy verir.
Otağa qayıdıram və qəfildən onun gözlərinin içinə baxıram:
- Mən hər şeyi bilirəm.
- Nəyi?
- Hər şeyi...
- Bilirəm ki, bilirsən. Amma başa düşmürəm ki, sən bunları hardan, necə bilirsən? Məni izləyirsən?
- Dəlisən?
- Bəs necə olur axı...
- Hirslənmə.
- Hirslənmirəm. Təəccüblənirəm.
- Bunun nəyi pisdi ki. Deməli, hələ də bacarırsan.
- Nəyi?
- Təəccüblənməyi.
- Sən niyə belə ağıllısan axı?
- Bu sənə mane olur?
- Yoxx.
- Guya olsa, deyəcəkdin.
- Mane olsa, deyəcəkdim. Mənə belə şeylər mane olmur.
- Yalançı.
- Yenə mübahisə edirsən. Səndə ən sevmədiyim cəhətdi.
- Bilirəm.
“Amma heç düşünmüsən ki, mən də nəyisə sevməyə bilərəm?”. Bunu ürəyimdə deyirəm.
Baxışlarımı küncə çevirirəm. Pişik qayıdıb. Amma nə xeyri? Daha onun yerini tapmaqla təəccüb və sevinc yaratmaq olmaz. Bunu bir dəfə elədik...
- Gəl səni öpüm.
Gülümsəyir:
- Olmaz.
- Başın üçün...
- Mənə deyirsən?
- Hə... Həə... Hə...
Səsim getdikcə anlaşıqsız olmağa başlayır. Arada dayanıb küncə tərəf baxıram. Ürəyimdə fikirləşirəm ki, pişik görməsə də, nə baş verdiyini hiss edir.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.