Qalib Şəfahət - Bir qadın gözəlliyinə tuş gəlməkdən qorxmuram
16.07.14
QORXMURAM
Bir qadın gözəlliyinə tuş gəlməkdən qorxmuram. Çox uzaqlara apara məni... əvvəlcə divlə əylişəm, sonra döyüşəm, axırda divin canı olan şüşəni sındıram. Sonrasını bilmirəm, Qaranlıq dünyaya düşəcəm Yoxsa Işıqlı dünyaya. Nə ağ qoç gəlib, Nə də qara qoç. Hələ də gözləyirəm... gərək qaranlığa şam yandıram.
AYAQ-BAŞ
Başım cavab verə bilmir, Ayaqlarımın əzablarına. Ağlım çaşıb qalıb, Çəkilib bir tərəfə. Qorxur , ayaq altda qala tapdana. Ayaqlarım başımdan qabağa düşmüşdü. Başım boşluqdan Başladı əl-qolunu oynatmağa. Elə bil, ayaqlarım bunu top oynatmağa aparır. Ayaqlarım daş-kəsəkdən keçəndə, Başım başladı yerində yırğalanmağa. Başımı qatdı ağlım, Başımdan keçməyən yol ayağımdan keçdi. Ayaqlarım ağrıyıb sızıldadıqca, Başladı başım ağrımağa. Hər günahı yazdı ayağımın ayağına, Ayağımın ağrısı keçdi başıma. Ayaq izlərimə başım çavabdehdı, Hər şey olub baş-ayaq. Ayaqlarım ayaqyalın qaldı, Ağlım başsız, Çəkir cəzasını…
15.07.14
|