“Bu, sonuncu təxribatımdır” – Cəlil Cavanşir yeni kitabından danışır
16.07.14

Gənc yazar Cəlil Cavanşirin “Qadın corabları” kitabı nəşrdən çıxıb. O, yeni kitabı ilə bağlı fikirlərini bölüşüb:

-Cəlil, “Qadın corabları”nın yazı prosesi nə vaxtdan başlamışdı?

-Əsəri iki il əvvəl yazmağa başlamışam. Başlayanda “Afroditanın göz yaşları” adını nəzərdə tutmuşdum. Çünki yunan mifologiyasından müəyyən elementlər vardı. Sonradan yazı prosesində ixtisarlar elədim və fikrimi dəyişərək romanın adını “Qadın corabları” qoydum. Bir illik fasilədən sonra yenidən yazı prosesinə başladım. Bu ilin aprelində roman yekunlaşdı və redaktə prosesi başladı. Romanın mesaj vermək, çağırış etmək iddiası yoxdur. İnsanlara mesaj vermək istəməmişəm. İnsanlara özlərini göstərməyə çalışmışam ki, siz busunuz.

-Bu əsəri sənin yazdıqlarının ən mükəmməli hesab etmək olar?

-Mənim indiyə qədər yazdıqlarımın ən mükəmməli şeirlərimdir. “Qadın corabları” yazdığım ən yaxşı nəsr əsəridir. Azərbaycanda bu üslubda, bu strukturda, bu düşüncədə, etiraz formasında roman yazılmadığını düşünürəm. Yenə də son söz oxucuların və ədəbiyyatşünaslarındır. Amma mən öz romanımdan çox razıyam və burda nəyi necə etdiyimi bilirəm.

-“Qadın corabları”ı çıxmamış onun haqqında yazılar yazıldı, hətta sosial şəbəkədə adla bağlı istehza və kinayəli fikirlər də var idi. Kitab isə hələ bu gün çıxıb. Yəqin ki, bu da sənin taktikan idi...

-Burda mən öz menecerlik qabiliyyətimi də sınağa çəkirdim. Öz menecerliyimi özüm elədim və gördüm ki, alınır. Əsərin adı da sırf qıcıq yaratmaq üçün “Qadın corabları”dır. Əslində bu həm də oxucuları qıcıqlandırmaq və maraqlandırmaqdır.

-Onda növbəti əsərinin adı “Büstqalter” olsa, təəccüblənməyək də...

-Mən hər sahədə təxribat eləmişəm və yazıyla bağlı çox təxribatlarım olub. Bu sonuncu təxribatım ola bilər. Çünki artıq yaş da imkan vermir təxribatçılığa.

-Oxucunun bu kitabdan öyrənəcəyi nə var?

-Oxucu bu kitabı oxuyub ədalətli olmağı, xəyanət etməməyi, aldatmamağı, təmiz yaşamağın necə gözəl bir hiss olduğunu, eyni zamanda azadlığın və sərbəstliyin insana heç bir başıaşağılıq gətirmədiyini öyrənə bilər.

-Kitabın satışı nə vaxtdan başlayacaq?

-İlk nüsxəni bu gün götürdüm. Yəqin ki, satış kitabın təqdimatıyla eyni gündə başlayacaq və bütün kitab mağazalarına paylanacaq.

-Qiyməti neçəyədir?


-Səhifəsinə, keyfiyyətinə görə o qədər də baha deyil. Kitabın dizaynı rəssam Vasif Səftərovla işlənilib. Kitabın üz və arxa qabığını, içərisindəki illustrsiyaları o işləyib. Burdakı rəsmlər də kitabla bağlı mesaj verir. Mənə elə gəlir ki, çəkilən əziyyətə görə 4 manat çox ucuzdur.

-İndiyə qədər kitablarında gəlir götürmüsən?

-İndiyə kim 6-7 il ərzində çıxan kitablarımdan üst-üstə 2000 manat qazancım olub.

–Yeni kitabın tirajı nə qədərdir?


-İlkin olaraq 500 tirajdır. 500 kitabın sentyabr-oktyabra qədər satılacağına inanıram. Fürsətdən istifadə edib mətbuatdakı dostlarımı, oxucularımı, mənə hörmət edən insanları ayın 20-də saat 16-da Kitabevim.az mağazasındakı təqdimata dəvət edirəm. Gəlin söhbətləşək. Təqdimatda çox maraqlı sürpriz qonaqlar, xalq artistləri, sevilən aktyorlar, sənətçilər də ola bilər. Sürpriz etmək mənim işimdir. /AzNews.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.