Nobel mükafatlı yazar dünyasını dəyişdi
15.07.14
Cənubi Afrikadan olan Nobel mükafatlı yazar Nadin Qordimer 90 yaşında dünyasını dəyişib. Yazarın ailəsi tərəfindən verilən açıqlamada məşhur yazarın evində yatarkən öldüyü bildirilib. 1974-cü ildə “Buker”, 1991-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanan Qordimer Cənubi Afrikadakı rejimə qarşısı mübarizə aparıb. Çoxlu məqalə yazan, mühazirələr söyləyən, qələmə alan və əsərləri bir çox dilə çevrilən məşhur yazarın əsərləri arasında ən məşhurları bunlardır: “Başqa dünyalar”, “Oğlumun hekayəsi”, “Culinin insanları”, “Evdəki silah”, “Bəziləri gözəlliklə doğular”, “Yanımda heç kim yoxdur”. /axar.az/
|