Vasif Əlihüseyn - Öz evində darıxmaq
08.07.14

Çoxdankı vərdişimdi, həftəsonu vaxt edib şəhərin səs-küyündən uzaqlaşıram. Elə bu dəfə də həftəsonu iki gün işləməməyim dadıma çatır. İşdən çıxıb elə axşama düşsəm də birbaşa “20 yanvar” metrosundan bir taksiyə oturub qaçıram rayona.


Atamın əməlli-başlı təmir etdirdiyi bu evə 1990-cı ildə elə küçmüşük ki, nə döşəməsi olub, nə də pəncərəsi. Atamın dostları yığışaraq pəncərənin yerinə “kardon”, döşəməyə isə taxda düzüblər.  Kəndimizin başında böyük “spirt” zavodu var idi, atamla bərabər rayonun bir neçə kənd sakinləri həmin zavodda işləyirdi. Elə atamın da qanının arasına bu girir. Zavodda işləyə-işləyə evi təmir etdirir.

Atam isə bu zavodda əsgərlikdən sonra, Gəncədə Politeknik texnikomunda qiyabı oxuyarkən işə düzəlmişdi. Yadımdadır gecə növbədə qalanda xalam gəlib bizimlə qalırdı ki, anam  qorxmasın. Sonra isə bu zavodun işi dayandı və bu dayanmaq bir çoxlarını çörək pulu qazanmaq üçün didərgin saldı ki, onlardan bir də elə mənim atam oldu. Bundan sonra isə atam düşdü Rusiyanın çöllərinə ki, bizə bir gün ağlasın.

Nəysə... bunda sözüm yox, atam indi də elə Rusiya Federasiyasına gedib-gəlməkdədi.

Uşaqlığım isə elə də imkanlı keçmədi. Çünki, evə təkcə atamın qazanc gətirməyi evin bütün ehtiyaclarını ödəmirdi. Zaman keçdikcə  mən də böyüdüm. Qardaşım da, bacım da. On səkkiz yaşımın tamam olmağına sayılı günlərim qalmışdı ki, hərbi xidmətə çağırıldım. Elə beləcə kəndimizlə vidalaşdım. Hərbi xidmətdən sonra elə mən də atama qoşulub Rusiyaya getdim. Amma, oxumaq həvəsi məni bir anda olsun tək buraxmırdı.

Bəxtim onda gətirdi ki, Moskvada işləyə-işləyə universitetə qəbul olundum və elə ilk arzum da belə gerçəkləşdi. Çox Şükür!

Amma illər ötdü qürbətdə də yaşaya bilmədim. Elə uşaqlıqdan yaşamaq istədiyim şəhər Bakı idi. Beləcə Allahım işimi düzə çəkdi və Bakıda yaşamaq mənə qismət oldu. İndi Bakıdan kəndə gedəndə on səkkiz yaşıma kimi yaşadığım bu ata evimizdə yata bilmirəm. Elə bilirəm ki, qonağam. Adam öz evində də darıxarmış, İlahi!

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.