Elşən Böyükvənd - Gövdəsi kömürlü qız
03.07.14
Gövdəsi kömürlü qız
Mağara divarında rəsm olub Həps olunmuşlara oxşayan qocanın düşündəyəm
Yoxuşlara tamarzı daşlar Külqabılar düşərgəsinin düşgünləri İki tonqal yanır dağ başında İki tonqal Çəliklə Qara buludlar ordusuna varıb Çaxnaşıb-çaqqıldaşıb Sarılığa dustaq torpağa yağıb Göyərəcəyəmmi ?
Qarı üzərliyi Çamur evin dili Dam üstə göyərən tikandır Dağlar pintisi Ana əli başına çəkilməyən Saçı darağın dişini qanadan Gövdəsiz başdır Bayatılar boxçasını bağla At çiyininə apar
Tünd şüşəli gözlüyün arxasında Sətir-sətir qırışlı boyundan Göz muncuğu asladıqda Kəhlik yerişini yamsılayan qarğa olduqda Gedər yollar Getməz oldu
Gövdəsi kömürlü qız Somurub geyin məni, qorxma Köksündəki qalanın Açmazındayam.
Titrəklik
Hər sətir bir budaq Hər sözcük bir yarpaq Toxunursa nəfəsin Əsər, titrər şeirlərim.
Çürümək
Bir bulmaca sayaq Qaraldı ağ evlərimiz Yatay-dikey Canlıya həsrət hünülər kimi Əmirik qanımızı Yaşam qaydalarında Və bir gecənin Qana boyanmış mələfəsi Keçmişin aydın güzgüsü Və sevginin qutsal bayrağıdır Mən Qoxumuş qazanda çürüyürəm Bacımsa Akvariyum balığı kimi Açıb yumur ağzını Danışmağa.
|