Kamal Abdullanın əsəri İranda çap olundu
27.06.14
Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» - «Sehrbazlar dərəsi» - «Unutmağa kimsə yox» məşhur trilogiyasından ikinci kitab Türkiyə, Rusiya, Litva, Yaponiya, Qazaxıstan və s. kimi ölkələrin ardınca bu günlərdə İranda da nəşr olunub.
«Sehrbazlar dərəsi» romanı Urmunun BUTA yayım evi tərəfindən, ilkin olaraq, 2000 tirajla çap edilib. Əsərin mətninin fars əlifbasına köçürülməsi və nəşri ilə bağlı bütün işləri Səhər Morşed və Məhəmməd Sübhdil gerçəkləşdiriblər.
Qeyd edək ki, İran nəşriyyatları «Sehrbazlar dərəsi»ni hələ 4 il əvvəl çap etməyə cəhd göstərirdilər. Lakin «əsərin xurafə məzmunu var» iddiası ilə hər dəfə romanın nəşrinin qarşısı alınırdı. Nəhayət, dörd ildən sonra nəşrinə icazə verilən kitab klassik üslubda nəfis tərtibatla iyun ayında işıq üzü görmüşdür. /1937.az/
|