"Qanun" nəşrlər evi yeni kitablar nəşr edib
27.06.14




Mark Levi - HARADASAN?


Gənc cütlük Suzan və Filipp bir-birini ömürlük sevməyə söz verirlər. Ancaq tale tezliklə onları bir-birindən ayırır. Suzan güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya yola düşür. Filipp isə Manhettendə qalır. Nyuark aeroportundakı cəmi bir neçə görüş istisna olmaqla, uzun illər bir-birilərilə yalnız məktub vasitəsilə əlaqə saxlayırlar. Filipp başına bir iş gələcəyi təqdirdə daim onun yanında olacağı barədə Suzana söz verir. Ancaq inanmazdı ki, bu söz nə vaxtsa onun həyatını tamamilə dəyişər və o, tanımadığı birinə qucaq açar...

Bakı, Qanun Nəşriyyatı, 2014, 240 səh.
Fransızcadan tərcümə edən: Aysel Namazəliyeva
Redaktor: Nəzirməmməd Zöhrablı




CORC CORDAQ - İMAM ƏLİ


“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) İnsan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun beş cilddən (Əli və insan hüquqları, Əli və Fransa inqilabı, Əli və Sokrat, Əli və yaşadığı mühit, Əli və ərəb etnosu) ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilmişdir.
Əsərin Azərbaycan dilinə tərcümə etdiyimiz “Əli və insan hüquqları” adlı cildində müəllif Hz. Əli dühasının müxtəlif yönlərini təsvir etməyə çalışmışdır. Corc Cordaq ucsuz-bucaqsız, susuz və bir sözlə, həyatın özünü belə məhv edən bir səhrada Əli (ə) kimi bir şəxsiyyətin dünyaya gəlməsini möcüzə hesab edir. İnsanlığın bütün ali dəyərlərini qum dənəcikləri kimi qovurub məhv edən bir mühitdə bəşəriyyətə yüksək dəyərlər bəxş edən qüvvə yalnız möcüzə ola bilərdi.
Corc Cordaq bu cilddə İmam Əlinin davranışları və kə­lamları əsasında onun bəndəçilik, zahidlik, alicənablıq, səxavətlilik, ədalətlilik və sair kimi şəxsi keyfiyyətlərini, azadlıq, demokratiya, rəhbərlik, fərd və cəmiyyət, sülh və müharibə, zalım və məzlum anlayışları ilə bağlı mövqelərini işıqlandırmışdır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 312 səh.,
Farscadan tərcümə: Famil Şirvanov
Redaktor: Müqəddəs Şahbazov


 
NƏCİB MƏHFUZ - YENİ QAHİRƏ 

Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyacanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”-nə aiddir. Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulmuşdur... nazirin qohumları tərəfindən.
Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir. Romanın baş qəhrəmanı Məhcub əl-Daim oxucu qarşısında heç bir mənəvi dəyərləri olmayan və yalnız özünü düşünən xudbin bir obraz kimi dayanır. Məhfuzaqədərki Misir nəsrində heç vaxt hamı tərəfindən qəbul olunmuş dəyərləri Məhcub qədər ələ salan, təhqir edən bir obraz olmamışdır. Özünə rəhbər tutduğu şüar isə onun əsl kimliyini göstərir: din+elm+fəlsəfə+mənəviyyat=cəfəngiyat! Müəllif romanda iblis libası geyinmiş Məhcub, onun sevdiyi qadın və mənəviyyatsız nazirlə yanaşı, Məmun Ridvan, Əli Taha, Əhməd Bədir kimi qəhrəmanları da verməklə cəmiyyətin, bəşəriyyətin, insani dəyərlərin hələ də məhv olmadığını göstərir.

Bakı, Qanun Nəşriyyatı, 2013, 248 səh., 
Ərəbcədən tərcümə: Hülya Aslanova
Redaktor: Nəzirməmməd Quliyev



 
STEFANO BENNİ - TANRININ QRAMMATİKASI

Məşhur italyan satirik-yazıçısı, şair, dramaturq, kino xadimi və jurnalist Stefano Benninin “Tanrının qrammatikası” adı altında ümumiləşdirilmiş “Yalnızlıq və şən he­kayələr” kimi təqdim olunan yaradıcılıq məhsulları, for­masına görə yığcam, məzmunca maraqlı sənətkarlıq nü­munələridir. Xüsusilə gənc nəsil üçün qələmə alınmış bu hekayələr təkcə həyatın şən anlarına işıq salmır. Oxucular bu hekayələrdə təzadlı yaşam tərzlərinin də şahidi olacaqlar...

Bakı, Qanun Nəşriyyatı, 2014, 68 səh.,
İtalyancadan tərcümə: Abuzər Cəfərov
Redaktor: Nəzirməmməd Zöhrablı

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.