Şəhriyyə Qəzənfərqızı - Dilimizi korlayanlar
26.06.14

Özüm gənc olsam da hərdən yaşlı nəslin cavanların davranışlarını, danışıqlarını bəyənməmələrinə haqq qazandırıram. Gündən-günə özüm üçün sübut edirəm ki, gənc nəslin nümayəndələri dilimizi korlayır. Doğrusu, hərdən mən də fikrimi bildirmək istəyəndə öz doğma dilimizdə həmin fikri ifadə edəcək bir söz tapmıram. Məcburən türk və ya rus dillərinə müraciət edəm. Bu acı bir həqiqətdir.

Dilimizdə yeni sözlərin yaranmasına hər birimiz ehtiyac duyuruq. Fəqət dilimizin düşməni elə biz gənclərik. Öz milli sözlərimizi belə pis tərəfə yozaraq bir az da kasadlaşdırırıq. Sonra o sözü əvəz edəcək bir söz axtarırıq. Şikayətimiz də budur ki, dilimizdə yetərincə söz yoxdu. Onsuz da dilimizin yarıdan çoxu alınma sözlərdi. Heç olmasa öz milli sözlərimizi qoruyub saxlayaq. Bilirik ki, sadə fellər öz sözlərimizdir. Bəs niyə soxmaq, salmaq, qayırmaq, vermək, çalmaq, dombalmaq kimi fellərimizi işlətməyə özümüzə imkan yaratmırıq? Hələ bir böyründə “türkün məsəli” də deyib yozmayanları, anlamayanları da ayıldırıq.

Bir dəfə qızımla gəzintiyə çıxanda məndən şişirdilmiş şar istədi. Mən də onu özümə yük etməmək üçün dedim: "Qızım, gəl mən sənə şar alım, evdə özüm dombaldaram “Bu cümləmi eşidən kənar şəxslər güldülər. Axı niyə? Məgər "dombaltmaq” “şişirtmək” demək deyil? Məncə, mən yanılmıram. Və yaxud “Kartı bankomata sox və ya sal “cümləsində qeyri-adi nə olduğunu anlamıram. Rəhmətlik nənəm həmişə deyərdi: "Get qapının dalını qayır", “Mənim yerimi qayır".

İndi bu cümlələri el arasında necə işlədək? Bizi topa tutarlar. Ya mən gənc olsam da geridəqalmış düşüncəliyəm, ya da gənclər çox irəliyə gediblər. Bilmirəm. Bildiyim bir şey var, bu hal heç də ürəkaçan deyil. Gəlin dilimizi gülünc hədəfinə çevirməkdənsə qoruyaq.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.