18 yazarın ingiliscə hekayələri toplanmış kitab təqdim edilib
25.06.14

Jurnalist Ekspert Mərkəzinin (JEM) təşkilatçılığı ilə 18 tanınmış yazıçının ingilis dilinə tərcümə olunmuş hekayələrindən ibarət kitabın təqdimat mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihəsi çərçivəsində hazırlanıb. Tədbirdə kitabda yer alan hekayələrin müəllifləri, deputatlar və media nümayəndələri iştirak edib.
 
Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanan kitabın tərcüməçiləri Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova olub. Mətnləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib.
 
JEM sədri Ceyhun Musaoğlu layihənin həyata keçirildiyi ərəfədə mətbuatın verdiyi dəstəkdən razılıq ifadə edib və hər bir həmkarına təşəkkürünü bildirib: “Azərbaycan mətbuatının həmrəyliyi bütün dünyaya nümunə ola biləcək səviyyədədir. Məhz bu həmrəylik cəmiyyətin inkişafında başlıca amildir”.
 
C.Musaoğlu kitabın səfirliklərə, beynəlxalq təşkilatların nümayəndələrinə paylanacağını, xaricə səfər edəcək QHT nümayəndələrinin də kitabın xaricdə yayımlanmağa yardım edəcəklərini deyib. O bildirib ki, layihənin məqsədi Azərbaycan ədəbiyyatını və yazarlarını dünya səviyyəsində tanınmasına töhfə verməkdir.
 
Tədbirdə millət vəkilləri Musa Quliyev, Adil Əliyev, professor Cahangir Məmmədli, “APAHolding”in prezidenti Vüsalə Mahirqızı, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, həmçinin kitabda yer alan hekayələrin müəllifləri və digərləri çıxış edərək, kitab haqda öz fikirlərini bölüşüblər.
 
 
Qeyd edək ki, kitabda yazıçılardan Əjdər Ol, İlqar Rəsul, Rəşad Məcid, Vüsalə Məmmədova, Şərif Ağayar, Kənan Hacı, Azər Abdulla, Kamran Nəzirli, Afaq Şıxlı, Musa Urud, Səlim Babullaoğlu, Məqsəd Nur, Şahnaz Kamalova, Xalid Kazımlı, Natiq Məmmədli, Qan Turalı, Fəxri Uğurlu və  Nicat Qafuroğlunun hekayələri var. 

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.