Dəli Qərib - Ayə, millət +18 yazır
23.06.14
Sizə nədən deyim, nədən danışım, gələk indiki ədəbi mühiddəki mövzulara. Və əsas da baş mövzuya.
Hara baxırsan ki (əlbəttə söhbət saytlardan gedir) ayə millət +18 yazır. Deməzlərmi ki ay lələ, bu məmləkətdə bundan başqa mövzu yoxdu? Sanki Fahişəliyi (bu söz üçün hər kəsdən üzr istəyirəm) təbliğ edən kimsə bu haqqda yazanlara yaxşı qonorar verirmiş kimi qadınlı, kişili (və hətta bunların heç birinə aid olmayanlar da) hücum ediblər qələmə (klaviatura da ola bilər) və yazıb tökürlər.
Sanki heç kim bilmir, heç kim görməyib, ilk dəfə bunlar görüb və yaşayıbmış kimi intimm həyatı ortalığa sərirlər öz yazılarıyla.
Hələ son çıxan "Romanları demirəm" demək fikrim də yoxdu.
Qağa, adamın əti tökülür. Ədəbiyyatdımı, yoxsa ədəbsizlikdimi anlamaq olmur. Elə bil ki dünyada mövzu qurtarıbmış kimi toplumun mində biri olan pozğunlar haqqda yazırlar. Anam-atam, bə toplumun geridə qalan 999-dan kim yazacaq.
Nə isə. Özünüz bilərsiniz. Amma bilin ki, bizim millətimizin mənəviyyatı və mentaliteti bunu qəbul etməyib. Etmir və etməyəcək də.
|