Xanım Aydın - Prospektdən keçirəm işıqfora baxmadan
23.06.14
SƏNİ SON KƏS İTİRDİM
Harasa tələsirəm, yağış da çisgin yağır, Özüm getməyən yerə ayaqlarım aparır. Küçə boyu gedirəm qəlbimdə sevgi yoxdu, Bunu axı bilrəm, məni gözləyən yoxdu! Prospektdən keçirəm işıqfora baxmadan, Ölümə adlayıram gözlərimi qırpmadan. Qəlbimin döyüntüsü gah yavaş, gah bərk vurur, Ruhumu qoparmaqçun əcəl mənə göz vurur! “Bu qız dəlimi olub?” – desələr də gedirəm, Sənsiz susan hissimlə bilmirəm nə edirəm! Uzaqda və yaxında işıqlar sönür, yanır! Hardasa kimsə yatır, kimsə qəmə oyanır! Dönüşün yox bilirəm, səni son kəs itirdim, Sevgiyə inamımı birdəfəlik bitirdim. “Sevmirəm” – dedin, getdin, bilmədim səbəbini Səni son kəs itirdim, sən də itirdin məni!
MƏN QARANLIQLARI SEVMİRƏM
Mən qaranlıqları sevmirəm Çıraq yandır bu zülmətə İçindəki sonsuz qürbətə Şöləni saç, bəxtini aç Ac-yalavac, eşqı möhtac Dolanma sən! Çıraq yandır İşıqlandır Nura boya hisslərini Dilə gətir sözlərini Doya-doya öz sevgini Yaşa! Susma, coşdur artıq İçindəki o vulkanı. Yaşa artıq ömür yarı Gerçək elə arzuları Atəşinlə çıraq yandır Öz sevgini qanadlandır Hər şey üçün güc olmadan Çiçəklərin heç solmadan Baharın payız olmadan Çıraq yandır qaranlığa!!!
|