Kənan Hacının “Rəqqasə” romanı haqqında
Romanı əldə etməmişdən əvvəl kitabı almaq və haqqında yazı yazmaq istəyi yaranmışdır içimdə. Elə bu məqsədlə də əsəri oxumağa başladım. Amma fikrmdən daşındım. Sadəcə oxumaq xatirinə oxudum. Yazmayacağıma əmindim. Siz şahidsiniz ki, belə olmadı. “Rəqqasə” məni tilsiminə sala bildi. Günlərlə onu düşündüm və bu yazı ərsəyə gəldi.
İlk başdan roman mənə darıxdırırcı gəldi. Sadəcə bir fahişənin həyatında bəhs edən əsər təəssüratı yaratdı məndə. Artıq hadisələrin necə cərəyan edəcəyini təxmin etmişdim. Etiraf edim ki, roman maraqlıdır. Hadisələrin cərəyanı şablon deyil. Amma dadisələrin gerçək və ya təxəyyül məhsulu olduğunu ayırd edə bilmədim. Fahişəni sevən qəhrəmanın isə hissləri təbii və inadırıcıdır.
Tale onu bu duruma gətirmişdi. İstəməsə də belə bu həyatı yaşamağa məcburdur. Normal həyat yaşamaq arzusu ilə alışıb-yanır. Ailə. Bir kişi tərəfindən seçilmək, sevilmək və qorunmaq...
Əlbəttə güclü iradə sahibi olan kişi qadının həyatını yaxşılığa doğru dəyişə bilər. Amma kişilərin acizliyi və alçaqlığı ucbatından az qadın yolunu azmayıb.
“Dil qüsurları axtarmaq xəstəliyi”m olsa da heç nə tapa bilmədim. Təkrar oxuyub anlmağa çalışdığım abzas və ya cümlə olmadı. Təbii ki, burada redaktorun əməyini də danmaq olmaz.
Mənə görə romanın əskikləri də var. Nabat birdən-birə Pakistanın ortasına düşür. Bu necə baş verir? O buna necə qərar verir? Hansı yaşantıları onu buna vadar edir? Sulların cavabı olmalı idi.
Bu hissə ötəri xatırlatma kimi verilib, amma qabardılası mövzu elə budur. Döyüş məcəraların gözləsəm də arzum gözümə qaldı. Bir qadının, xüsusi ilə də fahişənin döyüş şücaətini, cəsarətini görmək həyəcanverici bir şey olmalıdır. Bu hadisələri oxumaq da görməyə bərabərdir. Təbii ki, bu səhnələrin təsviri də böyük ustalıq tələb edir.
Romanın adı “Rəqqasə” olsa da onun rəqqasələyi sadəcə sonda vurğulanır.
Birdən-birə hicab geyindi. Önəmli bir qərardır. Böyük mənəvi hazırlıq tələb edir. Yazıçı fahişəni niyə “bürüdü”? Biz onu əfv edək deyəmi?
Sanki əsər tammetrajlı filimdir. Kimsə onu mantaj edərək qısametrajlı filim hazırlayıb. Köhnə kitab olsa idi vərəqlərinin itdiyini, həmin hissələri oxuya bilmədiyimi düşünüb təəssüflənərdim.
Humanist yanaşıb müəllifə haqq qazandırıram: Kənan Hacı oxucunu öz təxəyyülünü işə salmağa vadar edir. Onun yazmadığı məqamları oxucunun xəyalında canladırmağını arzulayır. Bu üsulla hər oxucu üçün individual “Rəqqasə” yaranır. Amma arzular həmişə çin olmur...
Avanqard.net