![]() 18.06.14
PAUL AUSTER - NYU YORK TRİLOGİYASI
Çağdaş Amerika ədəbiyyatının ən nəzərə çarpan yazıçılarından biri olan Paul Austerin “Nyu York Trilogiyası” “Ölümdən əvvəl oxunmalı 1001 əsər” siyahısındakı əsərlərdəndir. Bu kitab – “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir. Dedektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə, xaotik və qarışıq xarakterə bürüdüyü qəhrəmanının arxasınca gəzdirdiyi ərəfədə, romanın hər səhifəsinə səpələdiyi kiçik işarələrə məna verməyi oxucunun öhdəsinə buraxır. O, qəhrəmanlarını həqiqi və ya xəyali qıfıllanmış otaqlara salır, azadlığı ancaq oradan qaçıb xilas olaraq əldə edə biləcəkləri bir dünya qurur, xilas üçün açarlar da verir. “Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya, dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır. Bakı, Qanun Nəşriyyatı, 2014, 416 səh., 1000 tiraj İngiliscədən tərcümə edən: Ziyad Quluzadə Redaktor: İlqar Fəhmi ![]() İnsan anatomiyasına əsasən insanın cinsi doğularkən onun cinsi orqanından, yəni bədən quruluşundan bilinir. Lakin bu insanın bədən cinsi yəni, cismani cinsi hesab edilir. Kiçik yaşlarından isə uşaq öz daxlində hansı cinsin biruzə verdiyini kəşf edir və bu daxildə gizlənən cins onun istər məişətdəki rəftarından, istərsə də, seksual maraqlarından məlum olur. Bu roman da məhz özü ilə eyni cinsdən olanlara cinsi marağı olan homoseksuallar haqqındadır. Eynicinsli münasibətlərin günah, yasaq, əxalaqa və dəyərlərə zidd hesab olunduğu bir cəmiyyətdə bir-biri ilə aşkara eşq yaşayan iki gəncin sevgisi romanın əsas süjet xəttidir. Lakin, burada qəhrəmanların homoseksualların cəmiyyətdəki azadlığı uğrunda mübarizə yoluna qoşulması, bu eşq-məhəbbət və mübarizənin fonunda ölkədəki transseksualların, geylərin də həyatı və aqibəti yer alır. Bakı, Qanun Nəşriyyatı, 2014. 132 səh., 500 tiraj ![]() “Əlifba sırası ilə qətl” Aqata Kristinin əfsanəvi romanlarından biridir. Bu romanda Aqata Kristi tanınmış centlmen və dahi detektiv Erkül Puaronun daha bir sərgüzəştindən bəhs edir. Bir-biri ilə əlaqəsi olmayan insanların dalbadal silsilə qətlləri törədilir. Bütün bu qətllərin hamısında qurbanların adları və cinayət törədilən yer ingilis əlifbası sırası üzrə seçilir. Cinayətin yerini də, vaxtını da qatil əvvəlcədən özü seçir və detektivə bildirir, ancaq fərasətli Puaro daima cinayət baş verən yerə gecikir. Bu rəqabət Puaronun qatilin corab satan ticarət agenti olduğunu təxmin edənə qədər davam edir. Bakı, Qanun Nəşriyyatı, 2014, 284 səhifə. 1000 tiraj Ruscadan tərcümə: Afaq Mustafa Redaktor: Xalid Kazımlı |